Metroda bomba xəbəri

21 Fevral 2014 13:57 (UTC+04:00)
Polisə yalan məlumat vermiş ruhi xəstə saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 20-də saat 07 radələrində naməlum şəxs Yasamal rayonu Azərbaycan prospektindəki taksofondan DİN-in "102" Zəng Mərkəzinə zəng edərək "Nizamidə bomba var" deyib dəstəyi asıb. Yasamal RPİ 26-cı PB və MTN-in Yasamal Rayon İdarəsi əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər görülüb. Lakin məlumat təsdiqini tapmayıb. Aparılmış araşdırmalarla məlumatın Bakı şəhər sakini, ruhi xəstə Eldəniz Balayev tərəfindən verilməsi müəyyən edilib. O, polis tərəfindən saxlanılıb.