Mahir nişançılar qalibiyyət uğrunda VIII Respublika turnirində yarışacaq

21 Fevral 2014 14:01 (UTC+04:00)

26 fevral-Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar fevralın 22-də saat 11.00-da Gənclər və İdman Nazirliyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə Cəmşid Naxçıvanski adına hərbi liseydə ali təhsil müəssisələrinin tələbələri arasında "Mahir nişançı" güllə atıcılığı üzrə VIII Respublika turniri keçirəcək. Movqe.az-a 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, t

urnirdə respublikanın 23 ali təhsili müəssisəsindən 100-ə yaxın tələbə iştirak edəcəkdir. 

Turnirin keçirilməsində əsas məqsəd XX əsrdə Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən törədilmiş soyqırımı qurbanlarının xatirəsini yad etmək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində gəncləri hərbi vətənpərvərlik ruhunda tərbiyə etmək, onlarda hərbi vərdişlərin yaranmasını təmin etmək, gənclərin ordu sıralarında hərbi xidmət keçmə hazırlığının yüksəlməsinə kömək göstərmək, güllə atıcılığı üzrə idman növünü geniş təbliğ etməkdir. 

Qeyd edək ki, turnir "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.2.6.(Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin aktual məsələləri üzrə müşavirələrin, konfransların, dəyirmi masaların, mədəni-kütləvi və digər tədbirlərin, layihələrin həyata keçirilməsi, vətənpərvərlik mövzusunda animasiya və cizgi filmlərinin istehsal olunması) yarımbəndinin icrasını təmin etmək məqsədi ilə keçirilir.