Qəribə meyvələr-FOTOLAR

11 İyun 2012 12:45 (UTC+04:00)

Movqe.az xəbər verir ki, yüzillər boyu insanlar təbiətin onlara bəxş etdiyi yabani meyvələrin toxumlarından  yetişdirərək onlardan müxtəlif görünüşlü bəhərlər əldə ediblər. Təqdim edəcəyimiz fotolentdə bunu aydın görmək mümkündür:

1. "Plout", "plumcot", "aprium"

"Plout", "plumcot", "aprium" adlı meyvələr Amerika gavalılarının bir növüdür. Yarısı gavalı, yarısı ərik olan bu gavalıları ilk dəfə tanınmış  bioloq Luzer Burbank tərəfindən yaradılıb.

2."Buddanın əli" adlı  sitrus meyvəsinin vətəni şimal-şərqi Hindistan ,yaxud  Çindir. Bu meyvə uzun müddət Çində mədə pozğunluqları, boğaz ağrısı kimi xəstəliklərin müalicəsində istifadə edilib.

3."Durian"

Bu meyvənin vətəni cənub-şərqi Asiyadır. Bu meyvənin kəskin aroması var. Üzəri tikanlı olduğu üçün onu yemək də çətindir. Onu ən çox yeməyi sevən Malaziyalılar meyvəyə "kral meyvəsi" adını veriblər. Onun ləti əla növ fransız pendirinə bənzəyir.

4.Avstraliya cökəsi

Bu meyvə yaşıl balıq kürüsünə bənzəyir.Onların rəngləri müxtəlifdir, qara, narıncı, sarı və çəhrayı.

5.Qəribə giləmeyvə

Bu meyvə Qərbi Afrikanın Qana bölgəsində yetişir. Onun dadı turşdur.