Qərb, elə Azərbaycan təcrübəsi göstərir ki, supermarketlərdə satılan məhsullar xırda mağazalara nisbətən daha ucuz qiymətə təkdlif olunur. Həm bol çeşid, həm də münasib qiymətlər təklifinin qarşılığında da bu iri marketlərin müştəriləri hər zaman digərlərindən daha çox olur. Böyük supermarketlərin artması onlar arasında həm də kəskin rəqabətin yaranması ilə müşayiət olunur. Bu rəqabət isə son nəticədə qiymətlərin daha da aşağı düşməsini şərtləndirir.
Son illər Azərbaycanda da bir-birindən yaraşıqlı xeyli sayda supermarketlər açılıb. Maraqlıdır, onların sayının sürətlə artması fonunda bu marketlərdə qiymətlər daha da ucuzlaşa bilərmi?
İqtisadi Resursların
Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev Mövqe.az-a
açıqlamasında məsələ ilə bağlı bildirir: "Bu gün inkişaf etmiş
ölkələrdə, Avropanın iri şəhərlərində hər hansı bir supermarketə
girdikdə həqiqətən də qiymətlərin kiçik mağazalara nisbətən ucuz
olması müşahidə edilir. Amma Azərbaycanda hələlik bu baş
vermir. Burada bir neçə məsələ var. Əsas səbəblərdən biri
ondan ibarətdir ki, bu gün həm supermarketlər, həm də kiçik
mağazalar məhsulları eyni mənbədən əldə edirlər. Nəticədə onlar
hamısı məhsulu topdansatış prossesini həyata keçirən sahibkarlar
tərəfindən diqtə edilmiş qiymətlərlə alırlar. Buna görə də onların
müştəriləri cəlb etmək üçün manevr edərək qiymətləri kəskin
şəkildə ucuzlaşdırma şansları olmur. Ona görə də, böyük mağazalarda
kiçiklərə nisbətən qiymət fərqi maksimum 15-20 qəpik kimi xırda
məbləğlərdə olur.
Bir məhsul üzrə istehsalçı, onu xaricdən gətirən mənbələr müxtəlif, onların sayı çox olsa, o zaman rəqabət mühiti formalaşa bilər. İqtisadiyyatın qanunlarına əsasən, yalnız konkret eyni tip, eyni keyfiyyətli məhsulun satıcılarının, təsisatçılarının sayının çox olması rəqabətə gətirib çıxara bilər. Məsələn, hər hansı bir yağı ölkəyə bir neçə şirkət gətirsə, onların arasında istər-istəməz fərq ola bilər. Çünki rəqabət yaranacaq. Biri məhsulu baha gətirəcəksə, biri daha ucuz gətirəcək. Biri gətirərkən nəqliyyat vasitəsi kimi başqa yoldan istifadə edirsə, o biri fəqli vasitədən istifadə edəcək və s. Amma onu yalnız bir firma gətirirsə, o zaman şirkətin heç bir marağı olmayacaq ki, məhsulu daha ucuz qiymətə satsın".
İqtisadçı-ekspert İlham
Hüseynli də rəqabət amilini önə çəkir: " İri marketlərdə qiymətlər
normalda digər mağazalara nisbətən daha ucuz olur. Çünki iri
marketlərdə məhsul və çeşidlər çoxdur. Daha çox sayda
gətirilir və realizə olunur. Nəticədə qiymətlərin aşağı olması çox
təbii prossesdir. Çox təəssüf ki, Azəbaycanda bu proses hələ geniş
miqyasda müşahidə edilmir. Bəzi məhsullarda fərqlər
hiss olunsa da, bu çox da böyük olmur. Marketlər eyni məhsulları
yaxın qiymətlərə aldıqlarına görə, satış qiymətlərində də böyük
fərq hiss olunmur. Düşünürəm ki, bizim istehlakçılar o zaman qiymət
fərqi hiss edəcəklər ki, bazarda daha böyük rəqabət
olsun".