Təhsil Nazirliyindən 8 martda pul yığılması ilə bağlı açıqlama

21 Fevral 2014 16:50 (UTC+04:00)
Təhsil Nazirliyindən 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə şagirdlərdən pul yığılması ilə bağlı açıqlama verib.  Nazirliyin mətbuat xidmətindən ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, bayramda pul yığılmasının qarşısını almaq məqsədilə Təhsil Nazirliyi müvafiq tədbirlər həyata keçirəcək. 
Nazirlikdən həmçinin bayram münasibəti ilə şağirdlərdən pul yığılması məsələsinin Təhsil Nazirliyinin diqqətində olduğu bildirilib: "Bu məsələ Təhsil Nazirliyinin diqqətindədir. Müəyyən müraciətlər olduqda müvafiq tədbir görüləcək".