Obamaya "səs ver" məktubu

21 Fevral 2014 16:53 (UTC+04:00)
ABŞ-da mütəxəssis və səlahiyyətli adlar Prezident Obamaya Türkiyə ilə əlaqədar məktub göndərərək, səsini yüksəltməsini istəyib. 


ABŞ prezidenti Barak Obamaya göndərilən ictimaiyyətə açıq məktubda Amerika Birləşmiş Ştatlarının keçmiş Ankara səfirləri Morton Abromovitz və Erik Edelmanın da imzaları var. 


84 konqres üzvü, keçmiş və yeni hökumət rəsmisiylə milli təhlükəsizlik mütəxəssislərinin də imzası olan məktubda Baş nazir Rəcəb Tayyib Ərdoğanın otokrat hərəkətlərinin Türkiyənin siyasi təşkilatlarına zərər verdiyi və Türk-Amerikan münasibətlərini təhlükəyə atdığı fikri müdafiə olunub.


 Məktubda, Prezident Obamadan bu mövzuda həm ictimaiyyət qarşısında, həm də ikili münasibətlərdə dəqiq movqe sərgiləməsi istənilir.