Kiyevdə həlak olanların xatirəsi Bakıda yad ediləcək
21 Fevral 2014 17:55 (UTC+04:00)
Ukraynada keçirilən aksiyada həlak olanların
xatirəsi Bakıda yad ediləcək. ANS PRESS-in Ukraynanın
Azərbaycandakı Səfirliyinə istinadən verdiyi məlumata görə, bu
Bakı-Azərbaycan Yeparxiyasının dəstəyi ilə həyata
keçiriləcək.
Anım mərasimi sabah saat 11:00-da Bakının Kafedral
Kilsəsində keçiriləcək.
Qeyd edək ki, Ukraynada aksiyalar zamanı ölənlərin
sayı 80-ə çatıb, 600-ə yaxın insan isə müxtəlif dərəcədə xəsarət
alıb.