Cəbhədə daha bir gərgin gecə

22 Fevral 2014 09:20 (UTC+04:00)
Cəhbə xəttində atəşkəs yenidən pozulub. Müdafiə Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Qarşı tərəf cavab atəşi ilə susdurulub.Erməni silahlı bölmələri dünən də adıçəkilən iqtiqamətlərdən atəşkəs rejimini pozmuşdular.