Dövlət Agentliyi işçi axtarır

22 Fevral 2014 10:58 (UTC+04:00)
"ASAN xidmət" mərkəzlərində inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan vakant dövlət qulluğu vəzifələri aparılır. Movqe.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində və tabeliyində olan "ASAN xidmət" mərkəzlərində inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan vakant dövlət qulluğu vəzifələrinə işə qəbul "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın elan etdiyi müsabiqə və müsahibə yolu ilə həyata keçirilir. Mənbə: asan.gov.az