Şok iddia: Prezident ölkədən qaçdı

22 Fevral 2014 16:16 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Ukrayna müxalif lideri Vitaly Klitschko, prezident Viktor Yanukoviçin Kiyevdən ayrıldığını söyləyib. 


Prezident Yanukoviçin istefasını istəyən müxalif liderlərdən Klitschko, "Yanukoviç bu gün Kievdən ayrıldı" deyib. Parlamentin təcili olaraq toplanması lazım olduğunu söyləyən Klitschko, "Milyonlarla Ukraynalı yalnız bir variant görür. O da prezident və parlament seçkiləri"dir deyə bildirib.


Digər tərəfdən Yanukoviçin hara getdiyi isə bilinmir. Şimal şərq şəhəri Xarkivə getdiyi düşünülən Yanukoviçin Kiyevdəki evini də boşaltdığı deyilib.


Etirazçılar Prezident binasına daxil olub. Onlar 25 maydan əvvəl seçkilər keçirilməsini istəyir. 



 

 "Mən düşünürəm ki, artıq sizə Yanukoviçin istefa verdiyini elan edəcəklər. Yuliya Timoşenko isə artıq azadlıqdadır", - deyə Kirilenko "Rada" telekanalının efirindən bildirib.

 

 

Hələlik bu məlumat təsdiqlənməyib. Prezidentin saytı fəaliyyətini dayandırıb.