6 saatda 30 nəfər təcavüz etdi

22 Fevral 2014 17:54 (UTC+04:00)

İngiltərənin Birmingham şəhərində Asiyalı gənc qızın 6 saat müddətində 30 Asiyalı kişinin təcavüzünə məruz qaldığı deyilib.


İngiltərədə Shaista Gohir adlı aktivist Birmingham şəhər şurasına təqdim etdiyi hesabatda , bir ailənin yanına böyüməsi üçün verilən gənc  qızın , 6 saat ərzində 30 Asiyalı kişinin hücumuna uğradığını deyib. 

Daily Mailin xəbərinə görə , yetişdirilməsi üçün eyni etnik ailələrə verilən Asiyalı gənc qızların yaşadığı cinsi istismarın , səlahiyyətlilərin gözü qarşısında baş verdiyini deyən Gohir , birlik liderlərinin , məktəblərin və ailələrin bu hadisələrin üstünü örtdüyünü də açıqlayıb.



Müsəlman və Qadın Hüquqları aktivisti Gohir şəhər Şurasından , 30 kişinin təcavüzünə uğrayan gənc qızın iddiasına , daha yaxşı baxılmasını tələb edib


Fəal Gohir həmçinin , Rochdale və Oxford şəhərlərində yaşanan cinsi istismarın , ağ qadınlara təcavüz edən Asiyalı kişi qrupları tərəfindən reallaşdırıldığını söyləyib.