Masallıda III Beynəlxalq Folklor Festivalı keçiriləcək

22 Fevral 2014 20:45 (UTC+04:00)

Bu il iyunun 12-dən 15-nə kimi Masallıda III Beynəlxalq Folklor Festivalı keçiriləcək. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ANS PRESS-ə verdiyi açıqlamasında bildirib ki, Masallı şəhərində Azərbaycanda ilk dəfə olaraq dalbadal iki dəfə Beynəlxalq Folklor Festivalının yüksək səviyyədə keçirilməsi və bu sənət yarışmasına qatılmaq istəyən ölkələrin sayının artması Masallının ən mötəbər tədbirlərə ev sahibliyi etmək bacarığını üzə çıxarıb.


Qeyd edək ki, ötən festivallarda Azərbaycanla bərabər, Türkiyə, Latviya, İran, Rusiya, Qazaxıstan, Gürcüstan, Ukrayna və Dağıstandan folklor kollektivləri iştirak edib. Bu ilki festivala həmin ölkələrlə yanaşı digər ölkələrin tanınmış sənətçilərinin dəvət olunacağı gözlənilir. Artıq hazırlıq işlərinə start verilib və xüsusi tədbirlər proqramı hazırlanıb.