Almaniyada Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib
22 Fevral 2014 22:42 (UTC+04:00)
Almaniyanın Köln şəhərində nüfuzlu Köln Universitetində Alman
Azərbaycan Mədəniyyət Evi, Soyqırım Həqiqətlərini Tanıtma İctimai
Birliyi və Alman Türkiyə Məzunları Birliyinin təşkilatçılığı ilə
Xocalı Soyqırımı ilə bağlı ("XXI əsrdə Azərbaycan geostrateji
baxımdan") konfrans keçirilib. Alman Azərbaycan Mədəniyyət Evindən
Movqe.az-ın verilən məlumata görə, tədbir öncə soyqırım
qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə
başlayıb. Alman Azərbaycan Mədəniyət Evinin başqanı Altay Rüstəmli
rəhbərlik etdiyi təşkilatın Xocalıya ədalət kampaniyası
çərçivəsində atılan addımlar və görülən işlərlə bağlı məlumat
verib. O bildirib ki, Xocalı soyqırımı ilə bağlı bir sıra
tədbirlər, konfranslar təşkil olunacaq.TürOk başqanı Tanju Can
diqqətə çatdırıb ki, Xocalı soyqırımı bütün türk dünyasının
problemidir: "Bu qətliam bütün türk dünyasına qarşı törədilib. Əgər
Qarabağda bir əl kəsilibsə deməli bütün türk dünyasının qanı
axıb".Daha sonra çıxış edən Soyqırım Həqiqətlərini Tanıtma İctimai
Birliyinin sədri Ceyhun Ələkbərov bu mövzuda danışmağın onun üçün
həddindən artıq çətin olduğunu bildirib. Təkcə ata tərəfdən 40-dan
artıq qohumunun itirdiyini deyən C. Ələkbərov Xocalı qətliamınının
təkcə türk dünyasına və müsəlmanlara qarşı deyil, bütün bəşəriyyətə
qarşı yönəlmiş soyqırım aktı olduğunu vurğulayıb: "Mən həmin
hadisələrin canlı şahidiyəm. Hər dəfə bu mövzuya toxunanda o
dəhşətləri yenidən yaşayıram. Ona görə də çox danışmaq istəmirəm.
Onu əlavə edim ki,"Xocalıya Ədalət" kampaniyasının rəhbəri xanım
Leyla Əliyevanın Xocalı soyqırımının dünya ictimaiyyətinə
çatdırılması istiqamətindəki göstərdikləri fəaliyyətləri
əvəzsizdir. Bir daha bir Xocalı sakini olaraq burada oturan hər bir
şəxsə öz minnətdarlığımı bildirirəm".Millət vəkili Musa Qasımlı isə
ermənilərin azərbaycanlılara, ümumiyyətlə türklərə qarşı
törətdikləri cinayətlərdən, həmçinin, onların tarix boyu həyata
keçirdiyi məkrli planlardan danışıb. Onun sözlərinə görə,
Ermənistanın soyqırım siyasəti həyata keçirdiyi artıq sübut olunub.
Ermənilərin əsas hədəfi müsəlmanları tarixi torpaqlarından qovmaq,
böyük Ermənistan yaratmaq olub. Daha sonra isə o, getdikcə güclənən
Azərbaycan dövlətinin bu problemi həll edəcəyini bildirib: "Xaricdə
yaşayan soydaşlarımız ümummilli maraqlar ətrafında
birləşməlidirlər" Daha sonra Səriyyə Cəfərova çıxış edib və Xocalı
qətliamı barədə danışıb. Almaniyada yaşayan yazar Orxan Aras isə
deyib ki, biz, burada matəm, ağlamaq üçün deyil, qələbəni qeyd
etmyə gəlmişik: "22 il keçməsinə baxmayaraq bu hadisə unuduulmur və
getdikcə daha çox tanıdılır".