Ukrayna sərhədçiləri Viktor Yanukoviçin ölkədən çıxmasına imkan vermədiklərini bəyan ediblər

23 Fevral 2014 11:11 (UTC+04:00)
Ukraynanın Dövlət sərhəd xidməti Viktor Yanukoviçin çarter reysi ilə Donetsk şəhərini tərk etməsinə imkan verməyib. Movqe.az-ın "İnterfaks-Ukrayna" agentliyinə istinadən verdiyi məlumata görə, müvafiq sənədlərə malik olmayan təyyarə Donetsk hava limanından uçmağa cəhd edib. Dövlət sərhəd xidməti sədrinin köməkçisi Sergey Astaxov təyyarənin göyərtəsində Viktor Yanukoviçin olduğunu bildirib.