Con Kerri və Sergey Lavrov Ukraynanı müzakirə etdilər

23 Fevral 2014 11:30 (UTC+04:00)
ABŞ dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov, telefon zəngi vasitəsi ilə Ukraynadakı mövcud vəziyyəti müzakirə ediblər. Movqe.az-ın məlumatına görə, tərəflərin müzakirəsinin əsas hədəfi Ukraynada insanlara qarşı tətbiq edilən zorakılığın dayandırılması olub. Tərəflər Ukraynadakı son hadisələrin qiymətləndirilməsi zamanı yeni təyin edilən spiker Aleksandr Turçinovun ölkədə sabitliyin bərqarar olunmasına müsbət təsir edəcəyini vurğulayıblar. Kerri və Lavrov Ukraynada tezliklə konstitutsiya islahatlarının, kualisiya hökümətinin və vaxtında əvvəl prezident seçkilərinin keçirilməli olduğu barəsində razılığa gəliblər. Lavrov danışıqlar zamanı qeyd edib ki, müxalifət liderlərinin səhlənkarlığı nəticəsində Ukraynada ekstremist qüvvələrin qanunsuz silahlanması halları artıb. Onun fikrincə Ali Rada tezliklə iclas keçirib ölkədəki qanunsuz halların qarşısını almalıdır.