Movqe.Az xəbər verir ki, "Robonaut 2" adı verilən robotun Houston "Methodist Research Institute"də inkişaf etdiriləcəyi qeyd edilib. Institutda vəzifə yerinə yetirən Dr. Zsolt gara kosmos stansiyasında hazırda əsas işləri icra edən bir robotun olduğunu lakin Robonaut 2-in tibb bacısı və ya fizika terapist kimi astronavtları müalicə edə biləcəyini deyib.