Qızını yemək yedikləri məkanda unutdu
11 İyun 2012 15:44 (UTC+04:00)
Mövqe.AzTelegraph.co.uk saytına istinadən xəbər
verir ki, Devid və Samanta Kameron 8 yaşlı qızı Nensini ailə
tanışları ilə birlikdə qəlyanaltı etdikləri məkanda unutdu. Baş
nazir Devid, yoldaşı Samanta, 3 uşağı və onlarla gələn iki ailə
maşınlarına minib yola düşüblər.Baş nazir ele başa düşüb ki, Nensi
maşında anasının yanındadır. Samanta Kameron isə qızının atasının
yanında oturduğunu zənn edib.
Avtomobillə həmin məkandan uzaqlaşdıqdan sonra onlar Nensinin
maşında olmadığını görüblər. Baş nazir dərhal həmin məkana zəng
edərək qızının orada tək qaldığını bildirib.