Xərçəng xəstələrinə şad xəbər
23 Fevral 2014 17:43 (UTC+04:00)
Azərbaycanda onkoloji xəstəliklərdən əziyyət
çəkənlər üçün yeni əməliyyatların həyata keçirilməsinə başlanılıb.
Əməliyyatın həyata keçirildiyi Respublika Diaqnostika Mərkəzinin
həkimi, türkiyəli professor Əhməd Məmiş bildirib ki, qaraciyәrin
bәdxassәli şişi, bağırsaq xәrçәnglәrinin qaraciyәr metastazları
kimi törәmәlәrdә şiş öldürücü müalicәvi dәrmanlar şiş damarına
birbaşa inyeksiya edilir. Bu zaman törәmә damarı tıxanır və
törәmәnin qidalanması minimuma endiriIir.
Həkim qeyd edib ki, bu əməliyyat xəstəliyin ilkin
mərhələsində çox xeyirli olur. Ancaq Ə.Məmiş Azərbaycanda
xəstələrin bəzilərinin əməliyyat üçün çox gec - törəmə böyüdükdən
sonra müraciət etməsindən təəssüfləndiyini söyləyib: "Çox təəssüf
ki, xəstələr kimya terapiyasının xeyri olmadıqdan - əlləri hər
şeydən üzüldükdən sonra həkimə üz tuturlar. Ancaq biz son yox, ilk
çarələrdən biriyik. Ona görə də onkoloqlar da bunu çox tez aşkara
çıxarıb xəstəni əməliyyat üçün tez
göndərməlidirlər".
Ə.Məmiş əlavə edib ki, belə əməliyyatlar törəmə
kiçik olduğu zaman aparıldıqda onun xeyri daha çox olur. Həkimin
sözlərinə görə, qanama ehtimalı yüksәk olan şişlәrin müalicəsi
zamanı da invaziv radiologiya tətbiq edilir. Onun sözlərinə görə,
şişin damarı içinә daxil olaraq birbaşa yerli (lokal) kimyәvi
terapevtik dәrmanlar verilir. Eyni zamanda, dayandırılmayan burun
qanaması halında da müalicә üsulu kimi invaziv radiologiya istifadə
edilir.
Ə.Məmiş bildirib ki, invaziv radiologiya dünyada
son 20 il ərzində, Azərbaycanda isə son 7-8 il ərzində çox sürətlə
inkişaf edib. Əvvəllər çox böyük patologiyalarda - beyin damarında,
kəllə daxilində qanaxma, bədənin ən böyük aortasının yırtılması
kimi hallarda kəllə sümüyü, döş qəfəsi, yaxud qarın açılaraq
əməliyyat aparılırdı. Ancaq invaziv radiologiyanın inkişafı
nəticəsində kəllə sümüyü, döş qəfəsi, yaxud qarın nahiyəsi
açılmadan - bədəndə 2 mm-lik deşiklər açmaqla böyük əməliyyatlar
həyata keçirmək mümkündür. Bu əməliyyatlardan sonra xəstə öz
sağlamlığını çox tez bərpa edir.
İnvaziv radiologiya əməliyyatlarının bədən
toxumalarına çox az zədə verdiyini deyən Ə.Məmiş bildirib ki,
Azərbaycanda artıq bütün növ invaziv əməliyyatlar həyata
keçirilir.