Ukraynanın yeni prezidenti məlum oldu

23 Fevral 2014 16:33 (UTC+04:00)
Ukrayna Ali Radasının spikeri Aleksandr Turçinov yeni seçkilərə qədər ölkənin prezidenti seçilib. Movqe.az xəbər verir ki, Ali Radanın 4204 saylı qətnaməsinin icra olunması üçün 285 deputat səs verib. Təklif müzakirə olunmayıb və birbaşa səsverməyə qoyulub. Beləliklə, Aleksandr Turçinov bu ilin mayında keçiriləcək seçkilərə qədər ölkə prezidenti olacaq.