Rəsmi Ankara Suriya üzrə BMT qətnaməsini dəstəkləyib

23 Fevral 2014 20:05 (UTC+04:00)

Türkiyə Suriyadakı humanitar vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsini alqışlayır. Movqe.az-ın  məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bəyan edib ki, qətnamə tez bir müddətdə reallaşdırılmalıdır. 


Bəyanatda bildirilir ki, rəsmi Ankara Suriyada humanitar təşkilatlara şəraitin yaradılmasının və təhlükəsizliyin təmin edilməsini zəruri sayır. 


Bəyanatda həmçinin bildirilir ki, əgər Suriya hökuməti BMT Təhlükəsizlik Şurasının qətnaməsinə məhəl qoymayaraq öz öhdəliklərini yerinə yetirməsə, ona sazişin mətninə uyğun olaraq tədbirlər tətbiq edilməlidir.