Əncir qurusunun faydaları

23 Fevral 2014 20:09 (UTC+04:00)

Məlumata görə quru əncir qurudulmuş meyvələr arasında qida dəyəri yüksək olan meyvələrdəndir. Kalsium, maqnezium, fosfor kimi bədənin ehtiyac duyduğu elementlər quru əncirdə var.

Xəstəliklərə faydalı hesab olunan bu meyvə bağırsaqlarda olan toksik maddələrin atılmasına da kömək edir.

Zülal baxımından zəngin olduğundan hüceyrələri təmir edir və yeniləyir.

Sümük xəstəliklərini və inkişaf pozğunluqlarını yaxşılaşdırmaqda müsbət təsir göstərir. Yaşlılarda sümük problemlərinin qarşısını alır.

Hamilələrdə və uşaqlarda sümük inkişafını təmin edir. 

Bəlğəm gətirici və yumşaldıcıdır. Boğaz ağrısı, bronxit və öskürəyə yaxşı təsir göstərir. Səs batmasını yaxşılaşdırmaqda faydalıdır. 

Məlumatlarda bədənin immunitet sistemini gücləndirdiyi də bildirilir. Həmçinin qandakı xolesterol səviyyəsini salmaqa köməkçi olur. 

Tərkibi dəmir mineralları ilə zəngin olduğundan qanı artırır. Əncir qurusunda adi əncirdən 4.6 dəfə çox kalsium olur. 

Ənciri süd, sirkə və zeytunla qəbul etdikdə hemoroy xəstəliyinə də fayda verir.