İçəri şəhər «Cümə» məscidi dini icması Xocalı faciəsinin ildönümü ilə bağlı tədbirlər keçirir

24 Fevral 2014 10:23 (UTC+04:00)

XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı faciəsinin 22-ci ildönümü ölkəmizin hər yerində, o cümlədən də dini inanc yerlərimiz olan məscidlərimizdə də qeyd olunur. İçəri şəhər "Cümə" məscidi dini icmasının sədri, məscidin axundu hacı Surxay Məmmədli soyqırımın ildönümü ilə bağlı bildirmişdir ki, fevralın 26-da Azərbaycan xalqı Xocalıda törədilən soyqırımın ildönümüdür. Bu soyqırım erməni vəhşilinin nümunəsi, qəddarlığın ən zirvə nümunalərindən biridir. Bir əsrdir ki, bütün dünyaya "biz soyqırıma məruz qaldıq" yalanını qəbul etdirməyə çalışan bu xalq, 22 il əvvəl özü soyqırım həyata keçirmişdir. Acı reallıq ondan ibarətdir ki, zaman-zaman törətdikləri cinayətlərə görə hələ də cəzadan yayınmış, heç bir beynəlxalq qurumun qətnamələrinə məhəl qoymamışlır. Bu faciə bizə canlarımız qədər əziz və dəyərli olan bacı və qardaşlarımız şəhidlik məqamına yüksəldilər. Elə bir məqama ki, bu məqam haqqında əziz islam peyğəmbəri Məhəmməd (s) buyurub: "Şəhiddən başqa ölümündən sonra, Allah yanında xeyir neymətlərdən bəhrələnən heç bir şəxs bütün dünyanı ona bağışlasalar belə yenidən dünyaya qayıtmaq istəməz, çünki o. şəhadətin fəzilətini bildiyinə görə dünya öldürülmək üçün dünyaya qayıtmasın arzulayar".


Hacı Surxan bir məqama da toxunmuşdur. Bəzən bütün cəmiyyətimizə yad olan və hansısa başqa ölkələrin mənafeyini güdən ünsürlər belə bir şaiyə yayırdılar ki, guya vətəni və onun müstəqilliyini qorumaq üçün öldürülənlər şəhid hesab olunmur. Bu ya dinimizi dərindən başa düşməməyin və yaxud onu təhrif etməyin və başa düşmək istəməməyin nəticəsidir. Məgər belələrinin Hz. Rəsulullahın (s) "Ailəsi uğrunda zülmlə öldürülən şəhiddir. Qonşusu uğrunda zülmlə öldürülən şəhiddir" kəlamından xəbərləri yoxdurmu? Vətənimizi qorumağımız ailəmizi qorumağımız deyilmi? Allah torpaqlarımızın müdafiəsi və müstəqilliyimiz uğrunda öldürülən bütün şəhidlərə rəhmət eləsin və bizə də onların şəfaətinə nail olmağa nəsib etsin.


Hacı Surxay bildirmişdir ki, bir neçə gün əvvəl Qafqaz Müsəlmanları İdarəsində faciənin ildönümü ilə bağlı böyük toplantı keçirilmiş, beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə faciə ilə əlaqədar bəyanat qəbul etmiş, respublikamızın bütün məscidlərində, dini icmalarında matəm tədbirlərinin keçirilməsi tövsiyə olunmuşdur.


Bununla əlaqədar hər il olduğu kimi İçəri şəhər "Cümə" məscidində müvafiq hazırlıq işləri görülmüşdür. Fevralın 26-da məsciddə faciə qurbanlarının, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda həlak olan bütün soydaşlarımızın xatirəsinə dualar oxunacaq, ehsan mərasimi təşkil olunagaqdır.


Hacı Surxay icma adından bu faciədə şəhid olan soydaşlarımızın ailələrinə. Azərbaycan xalqına baş sağlığı vermişdir.