Azərbaycan Ordusunun əsgəri minaya düşüb

24 Fevral 2014 10:28 (UTC+04:00)

Məlumatına görə, hadisə cəbhə bölgəsində qeydə alınıb. Azərbaycan Ordusunun əsgəri, 20 yaşlı Sadiq Nurəddin oğlu Əmirov minanın partlaması nəticəsində xəsarət alıb. Yaralı əsgər hospitala yerləşdirilib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

 

Qeyd edək ki, S. Əmirov Ağdam rayonundan həqiqi hərbi xidmətə çağırılıb.