Müğənninin 2-ci dəfə evləndiyini eşidən ailəsi ondan üz döndərdi

24 Fevral 2014 11:20 (UTC+04:00)

Müğənni Əlikram Bayramovun haqqında gəzən şayələr onun ailəsində ciddi problem yaradıb. Mövqe.az xəbər verir ki, həyat yoldaşı Əlikram Bayramovdan əməlli başlı üz döndərib. Bu problemdən xəbər tutan qohum - əqrabası da Əlikram Bayramova iraq tutub və bir müddət onu dindirməyib.Əmisi oğlu ilə hal-hazırda deyilən şayələrə görə küsülü olan müğənni "Qonaqlıq" verlişində üzünü hər kəsə tutub, imdad istəyib : " Belə şey olmaz axı... Mənim gül kimi ailəm var. Mən öz həyat yoldaşımı sevirəm. Amma biz sənət adamlarıyıq. Bizim haqqımızda şayələr ola və tez yayıla bilər. Ancaq əzizim, canım, gözüm ( həyat yoldaşına müraciət edir - red) sən, məni başa düş. Ürəyimi mən təkcə sənə vermişəm. Bundan sonra da nə istəsən onu edərəm".

Müğənninin həyat yoldaşı əvvəllər üəyində ona qarşı şübhə və kinin olduğunu desə də, sonradan Ə. Bayramovu bağışladığını açıqlayıb.


Xatırladaq ki, bir müddət əvvəl Əlikaram Bayramovun yenidən evlənməsi, ikinci həyat qurması barədə xəbərlər yayılmışdı. Müğənni özü Mövqe.az-a ilk açıqlama verən zaman bu xəbərin yalan olduğunu bildirmişdi.