Paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

24 Fevral 2014 11:18 (UTC+04:00)

Xocalı soyqırımının növbəti ildönümü münasibətilə Bakı şəhərinin bəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.


Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, fevralın 26-da Xocalı prospektində yerləşən "Ana harayı" abidəsinin önündə keçiriləcək ümumxalq hüzn mərasimində iştirak edənlərin rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə həmin ərazidə bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq: 


"Tədbirin səhər saat 08:00-də başlanacağını nəzərə alaraq, tədbir tam başa çatana qədər Yusif Səfərov, Nəcəfqulu Rəfiyev, Afiyəddin Cəlilov, İzzət xanım Orucova, Fəzail Bayramov, Sabit Orucov küçələrindən Xocalı prospektinə doğru hərəkətə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək. Qeyd olunanları nəzərə alaraq vətəndaşlardan şəxsi avtomobillərindən mümkün qədər az istifadə etmələri və ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur".