Mozilladan 25 dollara smartfon

24 Fevral 2014 11:37 (UTC+04:00)

Mozilla inkişaf etməkdə olan ölkələr üçün 25 dollara (15 sterlinq) smartfon prototipi hazırlayıb. "Firebox" brauzeriylə tanınan şirkət Çinin ucuz çipləri istehsalçısı "Spreadtrum"la əməkdaşlıq edir. Daha bahalı modellər qədər güclü olmasa da, cihaz proqramları çalışdırmaq və mobil internet istifadəsini aktivləşdirə biləcək.

Movqe.Az "BBC"yə istinadən xəbər verir ki, Analitiklərin sözlərinə görə, bu ucuz telefon istifadəçiləri üçün nəzərdə tutulub. Mozilla bildirir ki, telefon mobil telefon bazarının başlanğıc səviyyəsini müəyyən edir. 25 dollarlıq smartfonlardan əlavə, Huawei və ZTE cihazları daxil olmaqla bir neçə yeni modellər hazırlayıb.

 Firefox OS əməliyyat sistemi ucuz məhsullar üçün nəzərdə tutulub.

Firefox OS əməliyyat sistemli ilk telefon 2013-cü ildə çıxmışdı.