Rəhim Rəhimli : "Ramalın ixtiyarı yoxdur ki..."

24 Fevral 2014 12:06 (UTC+04:00)
Müğənni bəstəkar Rəhim Rəhimli xalq artisti Aygün Kazımovanın müdafiəsinə qalxıb. Mövqe.az xəbər verir ki, "Biletini alma" mahnısının müəllifi Ramal İsrafilov həmin mahnını Aygün Kazımovaya verib. Sonradan isə xalq artistinin ifasını bəyənmədiyini və bu bəstəni özü ifa etmək qərarı verdiyini açıqlayıb. Rəhim Rəhimli mövcud vəziyyətə öz mövqeyini bildirib: "Bəstəkarın öz mahnısını oxumağa haqqı var. Amma bunun üstündən illər keçməlidir ki, sən onu fərqli, yeni aranjimanda təqdim edəsən. Aygün xanım bu mahnını oxuyub, möhürünü vurub. Ramalın ixtiyarı yoxdur ki, durub desin, sən yaxşı oxumadın. Bəstəkar özü o qədər gözəl ifa etməlidir ki, bu sözü dilinə gətirə bilsin. Ramalda hərdən belə hallar olur, bir addım atır, ardından peşman olur. Bu bəstənin haqqı Aygün Kazımovaya verilib. İllər sonra da bunu Ramal oxusa, qulaqlara Aygünün səsi gələcək. Mahnı onun adı ilə bağlanacaq. Sən mahnını ərsəyə gətirdin, amma onu başqasına verdin, elə bil, doğulan körpəni övladlığa vermisən. Sənin ixtiyarın yoxdur ki, durub onu təzədən yiyəsindən xəbərsiz oxuyasan. Ən azından Aygün Kazımovanın xəbəri olmalıydı".


Ardı süjetdə...

http://www.youtube.com/watch?list=UUJ4t7gddQ7Vvf0TfLoWQDaA&v=BKodeIr_5XY