ABŞ , Rusiyaya xəbərdarlıq etdi!

24 Fevral 2014 13:12 (UTC+04:00)

Ağ Ev Milli Təhlükəsizlik Məsləhətçisi Rays, Rusiyanı Ukrayna mövzusunda xəbərdar edib. Movqe.Az xəbər verir ki, Ukraynada keçmiş prezident Viktor Yanukoviçin Kievdən ayrılmasından sonra da ölkədə təzyiq düşməyib. Soçi Qış Olimpiadaları bağlanış mərasimləri səbəbi ilə səssizliyini qoruyan Rusiya Dövlət Başçısı Vladimir Putinin gözlənilməz addım atması  gözlənilir.


Hadisələrdən əvvəl ABŞ prezidenti Barak Obama ilə telefonda görüşən Putin , Almaniya kansleri Angela Merkellə də bu gün bir telefon görüşüşü edib. Putin və Merkelin Ukraynanın ərazi bütövlüyünün qorunması mövzusunda razılaşdıqları deyilir. Ukraynanın Krım muxtar bölgəsində Sevestapolda yaşayan Rus etnik birliyinin maraqlarını qorumaq istəyən Moskvanın gözlənilməyən addımlar ata biləcəyi narahatlıqlar yaradır.


Ağ Ev Milli Təhlükəsizlik Məsləhətçisi Rays , NBC-yə verdiyi reportajda , Ukraynanın bölünməsinin Rusiyanın , Avropanın , ABŞ-ın və ya Ukrayna xalqının faydasına olmayacağını , Moskvanın müdaxiləsinin "ölümcül səhv " olacağını söyləyib.