WhatsAppda pulsuz zənglər etmək mümkün olacaq!

24 Fevral 2014 17:15 (UTC+04:00)

Movqe.Az "ahramonline"a istinadən xəbər verir ki, Facebookun 19 milyard dollara satın aldığı WhatsApp ilin ortalarına kimi pulsuz zənglər etmə tətbiqini istifadəy verəcəyi deyilir. Bu barədə açıqlama Barselonada keçirilən "World Mobile Congress " (Dünya mobil konqresində) verilib.

"Bizi ilin ikinci rübünə kimi WhatsApp-ın səs tətbiqini təqdim edəcəyik" deyə WhatsApp yaradıcısı Jan Koum bildirib. Hazırda azad səs və mesajlaşma tətbiqi kimi "Viber"i özünə rəqib görən WhatsApp-ın 465 milyon aktiv istifadəçisi var.