Angela Merkel 16 nazirlə İsrailə gedir

24 Fevral 2014 17:46 (UTC+04:00)

Almaniya Baş nazir Angela Merkel, bu gün 16 nazirlə İsrailə gedir. Ortaq kabinet toplantısının ediləcəyi rəsmi səfərdə həmçinin Yaxın Şərq sülh prosesi də nəzərdən keçiriləcək.


Movqe.Az xəbər verir ki, Almaniyadan ilk dəfə bu qədər çox sayda nazir Baş nazir Angela Merkeli İsrail səfərində müşayət edir. Baş nazirlikdən məsul nazir Pitr Altmeierdən başqa  bütün nazirlər kansleri ilə birlikdə İsrailə gedəcək. Burada İsrail Baş naziri Benyamin Netenyahu liderliyindəki Tel Aviv rəhbərliyiylə ortaq kabinet konfransı keçirəcək Alman kansleri, iki ölkə əlaqələri və Yaxın Şərq sülh prosesini də müzakirə edəcək.