Təhsil Nazirliyi: Bəzi ixtisaslar üzrə qiyabi şöbələrə tələbə qəbulu planı məhdudlaşdırılıb

24 Fevral 2014 18:29 (UTC+04:00)

Təhsil Nazirliyi bu ildən ali təhsil müəssisələrinin magistratura səviyyələrində qiyabi təhsil forması üzrə kadr hazırlığının dayandırılması barədə məlumatlara aydınlıq gətirib.


APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin Facebook səhifəsində ali təhsillə bağlı vətəndaşların sualları cavablandırılarkən bildirilib ki, magistratura ali təhsilin ikinci səviyyəsi olaraq yüksək ixtisaslı kadr hazırlamaqla ali elmi-ixtisas dərəcəsi verir. Müasir dövrdə ali elmi-ixtisas dərəcəli, xüsusilə də təhsil ixtisasları sahəsi üzrə yüksək ixtisaslı mütəxəssis hazırlığı istehsalatdan ayrılmaqla aparılan əyani təhsil formasında mümkündür.

 

Qeyd olunub ki, ölkədə qiyabi təhsil heç də ləğv edilmir. Təhsilin keyfiyyətini yüksəltmək məqsədilə bəzi ixtisaslar üzrə qiyabi şöbələrə tələbə qəbulu planı məhdudlaşdırılıb.