Dünyanın ən yaşlı həkimi öldü

6 Aprel 2012 02:04 (UTC+04:00)

Dünyanın ən yaşlı həkimi olan və Guiness rekordlar kitabına düşən amerikalı Leila Denmark 114 yaşında vəfat edib. Yaxınları Denmarkın Georgia əyalətinin paytaxtı Antantada öldüyünü açıqlayıb. Antantadakı evində 1931-ci ildə açdığı müayinəxanada xəstə qəbul etməyə başlayan Denmark, 2001-ci ildə 103 yaşındaykən təqaüdə çıxıb. Guiness Rekordlar Kitabı rəsmiləri, Denmarkın həmçinin dünyanın ən yaşlı

dördüncü insanı olduğunu bildirib.


Yusifova Ziba