Anna Qerman: “Yanukoviç Ukraynadadır”

24 Fevral 2014 22:40 (UTC+04:00)
Ukraynanın prezidenti Vuktor Yanukoviç ölkə ərazisindədir. Movqe.az-ın UNN saytına istinadən verdiyi xəbərə görə, bunu parlamentdə Regionlar partiyasının təmsil edən Yanukoviçin müşaviri Anna Qerman "Rada" telekanalının efirində bəyan edib. "Prezident Ukraynadadı. Mən bilirəm",- A.Qerman deyib. Bir neçə gündür ki Yanukoviç ilə əlaqə saxlamadığını deyən Qerman onun harada olduğunu açıqlamayıb. Xatırladaq ki, Ukrayna Daxili İşlər Nazirliyi prezident vəzifəsindən kənarlaşdırılan Viktor Yanukoviçi axtarışa verib.