Xocalı haqqında Zori Balayandan – Tükürpədici etiraf
24 Fevral 2014 23:48 (UTC+04:00)
Xocalı soyqırımının ildönümü günündə növbəti dəfə erməni
yazarlarının etirafaları yada düşür. Hesab edirik ki, bu soyqırımın
nə qədər dəhşətli olduğunu təsəvvür etməkdən ötrü ermənilərin
fəxarətlə yazdıqları bu etiraflardan tutarlı fakt ola bilməz.
Xaçatur türk uşağını hissə-hissə doğradı
Qarabağ hadisələrinin iştirakçışı, ermənilərin ən çox sevdiyi
ideoloqlarından biri, yazıçı-şair Zori Balayan "Ruhumuzun
dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda
törətdikləri soyqırım haqqında yazır:
"Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz
13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı
çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü
onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından,
sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7
dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən
qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini
hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı.
Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz
vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni
hərəkətlərimizlə fəxr duyacaq".
Ayağımı 9-11 yaşlı uşaq meyitinin üstünə qoydum...
Daha bir erməni müəllif, hazırda Livanda məskunlaşmış
yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan
türklərinin başına gətirdikləri müsibətləri "Xaç uğrunda" kitabında
fəxrlə xatırlayır. "Xaç uğrunda" kitabının 19-76-cı səhifələrində
Xocalı soyqırımında müəllif yazır:
"Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək
üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək
istəmədim. Bunu görən polkovnik-leytnant Ohanyan mənə işarə etdi
ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb
addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi.
Və mən beləcə 1200 meyidin üstündən keçdim".
"Martın 2-də "Qaflan" erməni qrupu (meyitləri yandırmaqla məşğul
olurdu) 2000-ə yaxın alçaq monqolun (türklərin) cəsədini toplayıb
ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində yandırdı. Axırıncı yük
maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı
bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş
nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ
də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt
yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun
qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin
içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və
imdad səsləri gəlirdi"...