Metronun yaxınlığında qadın meyidi tapıldı

25 Fevral 2014 10:34 (UTC+04:00)

Ötən gün saat 19:26 radələrində Bakının Xətai rayonu ərazisində, "Həzi Aslanov" metrostansiyasının yaxınlığında yolda qadın meyidi tapılıb. Xətai rayon Polis İdarəsindən Anspress-ə verilən məlumata görə, araşdırmalar zamanı dünyasını dəyişən qadının kimliyi məlum olub.


Araşdırmalar zamanı məlum olub ki, dünyasını dəyişən 48 yaşlı Gülnarə Qəmbərovadır. Onun avtomobil tərəfindən vurularaq dünyasını dəyişdiyi məlum olub. Hazırda qadını avtomobillə vuran sürücünün kimliyi araşdırılır.


Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.