Qoruyucular saxta çıxdı

25 Fevral 2014 11:21 (UTC+04:00)

Çində rəsmilər təxminən 2.7 milyon qutu saxta prezervativin bazara çıxarıldığını təsbit etdiklərini və bütün xəbərdarlıqlara baxmayaraq bu asanca yırtıla bilən qoruyucunun gözlənilməz əhali artımına səbəb olacağından narahat olduqlarını açıqlayıb.


Movqe.Az xəbər verir ki, polis, may ayında başlatdıqları əməliyyat nəticəsində 7 min qutu saxta prezervativi ələ keçirməyi bacardıqlarını, lakin saxta malların böyük bir hissəsinin hələ də bazarda olduğunu bildorob. 


Xatırladaq ki, 1 milyard 300 milyon vətəndaşıyla dünyanın ən çox əhalisi olan ölkəsi Çində ailələrin iki uşaq dünyaya gətirməsinə şərtli icazə verilmişdi. 


Pekin xalq məclisindən keçən qərara görə Pekin əhalisi olan ailələr ikinci uşağı dünyaya gətirə biləcək. 


Ancaq yeni tənzimləmənin də bəzi şərtləri var. İlk şərt valideynlərdən birinin tək uşaq olması, ikinci şərt iki doğum arasında ən az 4 il olması və ya ananın ən az 28 yaşında olmasıdır.