Timoşenko Almaniyada müalicə olunacaq

25 Fevral 2014 12:12 (UTC+04:00)

Ukraynanın keçmiş baş naziri Timoşenko Almaniyada müalicə olunacaq. 


Movqe.Az xəbər verir ki, Ukrayna parlamentinin qərarıyla 22 fevral şənbə günü sərbəst buraxılan keçmiş Baş nazir Yuliya Timoşenkonun , müalicə olunmaq üçün Almaniyaya gələcəyi bildirilib.


Alman mediasına verilən xəbərlərdə Batkivşçina Partiyasının , kürək ağrıları çəkən Timoşenkonun Almaniya Baş naziri Angela Merkelin dəvətini qəbul edərək , mart ayında Berlindəki "Charite" xəstəxanasında müalicə olacağı deyilir.


Timoşenkonun 6-7 martda İrlandiyanın paytaxtı Dublində keçiriləcək Avropa Xalq Partiyası Sammitinə qatılacağı ,sonra  Berlində Charite xəstəxanasında müalicə olacağı qeyd edilib.


Bel yırtığı müalicəsi gördüyü deyilən Timoşenko , daha əvvəl Charite xəstəxanası mütəxəssis səhiyyə qrupu tərəfindən həbsxanada müayinə edilmişdi.


Almaniya Baş naziri Merkel , azadlığa qovuşduqdan sonra Timoşeko ilə telefon görüşü etmiş və müalicə alması üçün Almaniyaya dəvət etmişdi.