Müğənninin 14 illik sevgisinə qəfil ölüm son qoydu

25 Fevral 2014 12:02 (UTC+04:00)
Həmişə qəmli mahnılar ifa edən müğənni İlahə Fəda nakam sevgi dərdi çəkirmiş. 14 ildən artıq sevgi yaşayan müğənni sevgilisini xatırlayaraq, gözləri dolub. Mövqe.az xəbər verir ki, "Star life" verlişinin qonağı olan müğənni " Daha nə sevərəm, nə də ki, ailə həyatı quraram" deyə açıqlama verib : " 14 il sevdik bir - birini... Sonra o, döyüşə getdi. Gələndən sonra da sevgimiz davam etdi. Amma alınmadı. Çünki qəfil ölüm onun həyatına son qoydu".

Qeyd edək ki, vəfat edən sevgilisini xatırlayan müğənninin gözləri yaşla dolub, qəhət onu boğub.