Xalq artisti "Sovetski"nin sökülməsindən narazıdır

25 Fevral 2014 12:20 (UTC+04:00)

Muğamı qavalla ifa edən ilk qadın xanəndə Səkinə İsmayılova uşaqlıq xatirələrindən danışıb. Mövqe.az -a danışan xalq artisti böyüyüb, boya-başa çatdığı ərazinin söküldüyü üçün kövrəldiyini deyib : " Düzü, mənim uşaqlığım, çox xoş illərim həmin məhlədə keçib. Həmin məhləyə gedəndə nostaljı hisslərimə qayıdıram. Əmim uşaqları da elə indi də həmin məhlənin sakinləridir. Vaxtlarımız olub o məhlədə".


Qeyd edək ki, hətta xalq mahnıları və muğamların əvəzədilməz ifaçısı S. İsmayılova indiki evini də məhz o məhləyə yaxın alıb.