Aşton: Ukraynaya dəstək verməyə hazırıq

25 Fevral 2014 13:19 (UTC+04:00)

Avropa Birliyi (AB) xarici işlər və Təhlükəsizlik Siyasəti Yüksək Nümayəndəsi Katherine Aşton, AB-ın Ukraynanı dəstəkləməyə hazır olduğunu bildirib. 


Movqe.Az xəbər verir ki, görüşlər aparmaq üçün Kiyevə gələn Aston, Ukrayna Məclis Başçısı Aleksandr Turçinov ilə etdiyi görüşdə, "AB-nin Ukraynanı dəstəkləməyə və  bu ölkənin yalnız keçmişdəki problemlərini deyil, gələcəklə də bağlı problemlərini həll etməyə" hazır olduğunu qeyd edib.


Parlamentdən mətbuata edilən şərhə görə, görüş zamanı Turçinov, ölkənin içində olduğu dərin siyasi, ictimai və iqtisadi böhran dövründə parlament prosesinin, cəmiyyətin dövlətin qarşısına qoyduğu problemlər qarşısında yalnız demokratik yol olduğunu vurğulayıb.