“Gülər Əhmədovanın həyatına heç bir təhlükə yoxdur”

25 Fevral 2014 14:20 (UTC+04:00)

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi deyib ki, xidmət hər bir məhkumun həyatına zəmanət verir


Bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Mədət Quliyev deyib: "Bazar günü Gülər Əhmədovanın vəkili belə bir açıqlama ilə çıxış edib ki, guya qadın koloniyasına köçürülsə, onu təhlükə gözləyir. Bu məlumat yayılan kimi dərhal tapşırıq verdim və o məsələni araşdırdılar. Nəticədə məlum oldu ki, bu, həqiqətə uyğun məlumat deyil. Gülər Əhmədovanın həyatına hər hansı təhlükə yoxdur".


M. Quliyev deyib ki, Penitensiar Xidmət hər bir məhkumun həyatına zəmanət verir.