115 illik evliliklərini bitiriblər

11 İyun 2012 17:36 (UTC+04:00)

Movqe.az "The Austrian Times"a istinadən bildirir ki, Avstraliyadakı bir zooparkda yaşayan 100 kiloluq Bibi və Poldi adlı tısbağalar 115 illik evliliklərini bitirib. Belə ki, dişi tısbağa olan Bibi ərini yaşadıqları evə gəlməyə icazə vermir. Zoopark səlahiyyətlilərinin verdiyi məlimata görə, İsveçrənin Base şəhərindəki evlərindən 36 il əvvəl Klagenfurta gətirilən Bibi və Poldi son zamanlarda əsla bir-biri ilə yola getməyib. Baytarlar və psixoloqların bütün səyləri cütlüyü yenidən barışdıra bilməyib. Zooparkın idarəçisi Helqa Hap tısbağaların eyni gündə doğulduqlarını və birlikdə bir əsirdən  çox yaşadıqlarını bildirib. Hap Bibinin Poldiyə çox hirsləndiyini, ona dəfələrlə hücüm etdiyini qeyd edib. Hap onu da vurğulayıb ki, bu tısbağalar hətta hirslənəndə bir-birilərini öldürə də bilər.