Qadın sünnətləri (FGM) kampaniyasında inkişaf var

25 Fevral 2014 14:52 (UTC+04:00)

Ötən məqalələrimizdə İngiltərədə baş alıb gedən "qadın sünnətləri"in qarşısının alınması üçün  kompaniya başladıldığı haqqında yazmışdıq. "The Guardian"ın bugünkü xəbərinə görə, görülən işlər nəticəsiz qalmır. Kampaniyaya verilən dəstək günü-gündən artır. "Guardian"ın dəstək veridyi kampaniyanı başladan Fatma Məhəmməd yenə eyni qəzetdə fikirlərini paylaşıb: "Əgər siz keçən il mənə desəysdiniz ki, Maykl Qov (Guardian qəzetinin müxbiri) ilə görüşəcəksən inanmayacaqdım. Ama bugun həqiqətən də mənim şəklim qəzetin üz qabığındadır. İnana bilmirəm ki, BMT baş katibi, deputatlar Ceyn Alison və Layn Fezərston mənim mənim kampaniyama dəstək verir. Mən doğurdan inana bilmirəm ki, 230.000 insan kampaniyanı dəstəkləyir və bizə qulaq asır. Bugün inanmaq günüdür. Bugün biz, qadın sünnətlərinə son qoymağa dəstək verən  təhsil naziriylə görüşcəyik və bu vəhşiliyə son qoyacağıq. Mən bu kampaniyanın kiçik bir hissəsiyəm. Artıq bir çox fərdlər bu mübarizədə iştirak edir. "İntegrate Bristol"un yorulmaz təşkilatına təşəkkür edirəm. Böyük ölçüdə inkişaflar olur. Bizə Səhiyyə Departamenti, Beynəlxalq Departament və İcma və Yerli Höhümətlərdən kömək olundu. Mən Təhsil Nazirindən xahiş edəcəm ki, bütün məktəblərdə direktorlar və məktəb müəllimlərini Qadın sünnətləriylə bağlı məlumatlandırsın. O bunu edə bilər. Çünki risk böyükdür və yay tətilinə-"qızların sünnət mövsümünə" də az qalıb. Müəllimlər yaxşı insanlardır. Onlar bu məsələylə bağlı daha təsirli danışa bilər və sabahın analarını məlumatlandıra bilərlər. Mən bu vəhşiliyə son veriəcəyinə inanıram".

İndiyə qədər 230.189 səs toplanılıb. Hələ də 69.811 səsə ehtiyac var. Qadın sünnətlərinə "yox" demək üçün aşağıdakı linkə daxil olaraq səs verməyiniz kifayətdir.

 

http://www.change.org/en-GB/petitions/educationgovuk-tell-schools-to-teach-risks-of-female-genital-mutilation-before-the-summer-endfgm

 

 Hazırda İngiltərədə 66 min qadın bu zorakarlıqdan əziyyət çəkir.Hər il 24 min Britaniyalı qız "Qadın sünnəti" riski altındadır.

 

Saytımızdakı bu mövzuyla əlaqədar digər xəbərləri aşağıdakı linklərdən oxuya bilərsiniz:

 

 http://www.movqe.az/v5/26354/Avropada-da-qadnlar-snnt-edirlr/

 http://www.movqe.az/v5/26568.html

http://www.movqe.az/v5/27156.html

http://www.movqe.az/v5/27549.html