Tanış olun : bu, "Qızılağac və qızılağaclılar"dır...

25 Fevral 2014 11:00 (UTC+04:00)

Qızılağac ağacı Qozağacıkimilər fəsiləsindən birevli, ayrı cinsli ağac və ya kol cinslidir. Kənarı dişli olan yarpaqları növbə ilə düzülür. Əksəriyyəti erkən yazda, hələ yarpaq açmamış çiçəkləyir. Çiçəkləri sırğacıqlarda yerləşir. Meyvəsi birtoxumlu fındıqçadır. Paxlalı bitkilər kimi, qızılağacın da köklərində yumurcuq bakteriyaları olur. Qızılağac 100 il, nadir halda isə 300 il yaşayır. Əsasən çayların sahilində, münbit, yaxşı aerasiya olunan, çox rütubətli torpaqda, bəzi növləri isə qumluq və daşlıq yerlərdə bitir..

Şimal yarımkürəsində 42-47 , keçmiş SSRİ-də 10-15, o cümlədən Azərbaycanda 3 növü yayılmışdır: Ürək yarpaqlı Qızılağac (A.Subcordata), Boz Qızılağac (A.Insana) və Saqqallı Qızılağac (A. Bardata). Boz Qızılağacın hündürlüyü 15-20 m-ə qədərdir. Ürəkyarpaqlı Qızılağacın hündürlüyü 28-30 m-ə (bəzən 35 m-ə) diametri 160 sm-ə çatır. Oduncağı qırmızımtıl olur. Qabığında çoxlu aşı maddəsi vardır. Saqqallı Qızılağacın hündürlüyü 20 m-ə (bəzən 25 m-ə) qədərdir. Bu növ, rütubət və işıqsevən, tez böyüyən ağacdır. Qızılağacın havada qızaran açıq rəngli, yüngül oduncağı mebel, tara istehsalında, sualtı və yeraltı qurğularda tikinti materalı kimi işlədilir. Bəzi növlərinin qozlarından alınan maddə təbabətdə: kolit və dezinteriyanın müalicəsində, qabığı isə boyaqçılıqda, bir çox növü isə yaşıllaşdırmada istifadə edilir.

Lakin tayfa adı ilə bağlı olan toponimləri orta əsrlərdə və indiki dövrlərdə də başqa cür izah etməyə çalışanlar da az olmamışdır. O cümlədən Qızılağac haqqında maraqlı sözlər deyilmişdir. Onlardan bir neçəsinə diqqət edək: Bəziləri bu adı, bu yerlərdə bitən qızıl ağac növlü ağac və kolla əlaqələndirirlər. Digərləri isə xalq əfsanələrini daha doğrusu, etimologiyasını əsas götürürlər. Necə ki, əfsanələrin birində deyilir: Guya Şah Abbasın Qızılağacdan gedərkən əlində olan Qızıldan düzəldilmiş ağacı yaddan çıxıb orada qaldığı üçün bu ərazi "Qızılağac" adlandırılmışdır və s. Deyilənlər qədim tarixə malik olan Qızılağacın adına, tarixinə xələl gətirir. Bu kimi adlar coğrafi adların yeni məzmun kəsb etməsinə gətirib çıxarır. Bunun da nəticəsi tarixi baxımdan müxtəlifliyin əmələ gəlməsinə səbəb olur. Bu fikri professor A. Qurbanovun sözləri ilə desək: "Azərbaycan qədim və erkən orta əsr tarixi yadelli mənbələr əsasında öyrənilir. Bu mənbələr o zaman Azərbaycanda mövcud olan yer adlarını, toponimlərini saxlamışdır. Belə adlar müxtəlif dillərdə, o cümlədən Azərbaycan (ümumitürk dili əsasında) dilində olmuşdur. Belə toponimlərin tədqiqi Azərbaycan dilinin yazısız dövrünün tarixinə nəzər salmağa imkan verir". (A.Qurbanov. Toponomik tədqiqat və onun elmi əhəmiyyəti. "Elm və Həyat" jurnalı, 1988, N 10).

Alimin bu fikri tam dolğunluğu və məzmunu ilə indiki dövr tədqiqatçıları üçün başlıca istiqamətdir.

Qızılağac toponimi haqda Əsgər Zahidov özünün "Muğan " adlı kitabında yazır:

"Respubilkamızın Masallı, Səlyan və Göyçay rayonlarında Qızılağac adlı kəndlər vardır. Lakin bunların içərisində Masallı Qızılağacının adi tarixi mənbələrdə və xəritələrdə daha qədimdən çəkilir. Qızılağac kəndi (şəhəri) və limanı (dərgahı) XX əsrin 20-30-cu illərinə kimi fəaliyyətdə olmuşdur. Onun qalıqları indi də qalmaqdadır." (Əsgər Zahidov. Muğan. Bakı 1999, səh. 77).

Göründüyü kimi, Qızılağac kəndi (şəhəri öz adamları arasında üstün mövqeyə malik olmuşdur. Bu adı daşıyan yaşayış məntəqələrindən o şübhəsiz özünün dəniz üzərində tutduğu coğrafi məkana görə fərqlənirdi. Bunu, əlbəttə, qəbul etmək heç kimə ziyan gətirmir.

Göyçay və Səlyan rayonu ərazisində də Qızılağac kəndi və "Qızılağac" adında respubilkamızda bitən ağac və kol növü də məlumdur. Orta əsr fars, rus və əsəb mənbələrində Qızılağacın adına tez-tez rast gəlirik. Teymurilər sultanı Əbu Səid 1468-ci ildə Qızılağacda olmuşdur." (Musarza Mirzəyev "Mənim Masallım", 1990, səh. 46).

Molla Hacı Nüsrət Qızılağaclı öz kitabında ("Qızılağac və qızılağaclılar".Bakı. "Adiloglu" nəsriyyatı,2012 - ci il. 496 səh.) yazır ki, haqqında bəhs etdiyim Qızılağac kəndi Azərbaycan Respubilkasının Masallı bölgəsində rayon mərkəzindən 15km, Viləş çayının sağ sahilindən 3 km. aralı, Göytəpə, Astara şose yolu kənarında Lənkəran ovalığındadır. Əhalisi 5500 nəfərdən ibarətdir, tərəvəzçilik, heyvandarlıq və taxılçılıqla məşğuldur. Kənddə 2 orta məktəb, klub, 3 kitabxana, tibb məntəqəsi, rabitə şöbəsi vardır. Qızılağac ərazisində Dəmir dövrünə aid kurqan, bu gün "Həzi Təpəsi" adı ilə məşhur olan abidə yerləşir.

Qızılağac qədim yaşayış məskənlərindən olmuşdur. Bu kənd orta əsrlərdə Xəzər dənizi limanları ilə ticarət əlaqəsi saxlayan qədim bir yaşayış məntəqəsi olmuşdu. Əhalisi gəmiçilik və maldarlıq da inkişaf etmişdi. Gilan və Mazandarana gedən karvan, dəniz yolu Qızılağacdan keçirdi. Qızılağac 15 əsrdən çox Avropa və Yaxın Şərq arasındakı ticarətdə mühüm yer tutmuşdur.


Qızılağac kəndinin beş məhəlləsi vardır:

1. Qərəymanlı ( Karamanlı) məhəlləsi - Orta Asiyada Kiçik Asiyaya (Türkiyə) qədər yayılan türk tayfası Qaraman adı ilə bağlıdır.

Əslim Qaramanlıdı,

Elim adlı-sanlıdı.

İgid döyüşündən gəli,

Gözləri nə qanlıdı.

Azərbaycanın müxtəlif bölgələrində Qaraman adlı yaşayış məntəqələri mövcuddur.

2. Bahadırlı məhəlləsi - 

Kəndin hörmətli şəxslərindən olan Şeyx Fətulla Axundun babasının adı ilə bağlıdır.

3. Muradxanlı məhəlləsi - 

Azərbaycanın bir sıra rayonlarında da Muradxanlı kəndləri vardır. Muradxanlılar Qızılbaş tayfa birliyinə daxil idi.

4. Cınqırlı məhəlləsi - 

Belə bir ada Cəlilabad rayonunun Şəhriyar kəndində böyük məhəllə adı kimi rast gələrik.

5. Alçallı məhəlləsi - 

Qızılağaç ilə Qədirli kənd arasında olan Açallı yaşayış məntəqəsindən tarixən köçüb gələn adamlarla bağlıdır. Həmin adamlar öz ` kəndlərinin adı ilə o məhəlləni Alçallı adlandırıblar.

Belə ki, ilk dəfə həmin məhəlləyə 3-4 nəfər gəlib, sonradan onların qohum-əqrabası artıb.


"Qızılağac və qızılağaclılar"da Qızılağac Dövlət Təbiət Qoruğu haqqında da yazı (səhifə 99) verilmişdir. Qızılağac Dövlət Təbiət Qoruğu 03 iyul 1929-cu il tarixində Azərbaycanın Qədim və İncəsənət Abidələrinin Qorunması Komitəsinin təşəbbüsü ilə yaradılmışdır. Ərazisi 88 360 ha-dır. Qoruqla yanaşı 10,7 min ha sahəsi olan Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığı da fəaliyyət göstərir.


Qoruğun yaradılmasında əsas məqsəd ərazidə təbii kompleksin öyrənilməsi, burada məskunlaşmış bitki və heyvanat aləminin qorunması və sayının artırılması üçün əlverişli şəraitin yaradılmasıdır.

Qızılağac Dövlət Təbiət Qoruğu 1976-cı il tarixində ilk su-bataqlıq regionlarından biri kimi "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında" Ramsar Konvensiyasının "Ramsar Siyahısı"na daxil edilmişdir və bu səbəbdən də beynəlxalq əhəmiyyətli qoruq hesab olunur.

Ərazidə əsasən yayı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır, qismən də (cənub hissəsi) yayı quraq keçən mülayim-isti iqlim tipləri hakimdir. Bu iqlim tipləri çox az və zəif nəmliyi, qışının mülayim, yayının isə quru və isti keçməsi ilə səciyyələnir. Havanın orta illik temperaturu 14,40-dir. Qışı mülayim keçir, ən soyuq ayın orta temperaturu 3,20, ən isti ayın orta temperaturu isə 25,50 olur.

Qoruğun ərazisində su-bataqlıq, yarımsəhra və çəmənlik bitkiləri yayılmışdır.


Böyük Qızılağac körfəzinin dərin sulu hissələrində kiçik dənizotu cəngəllikləri, dayaz yerlərində isə yaşıl, diatom və göy-yaşıl yosunlar geniş sahələri əhatə edir.

Kiçik Qızılağac körfəzində su çiçəkləri, buynuzyarpaq, sulələyi və s. sualtı bitki örtüyü əmələ gəlmişdir. Burada qamış, dəniz lığvari, ciyən və s. bitkilər bitir.

Qoruğun Böyük və Kiçik Qızılağac körfəzlərində siyənək, kütüm, çəki, naxa, sıf, çapaq, kefal, xul və s. balıq növləri vardır. Qızılağac Dövlət Təbiət Qoruğuna hər il yazda yuva qurmaq üçün Şərq ölkələrindən qaranazlar, ərsindimdiklər, sarı və ağ vağlar, misir vağları və s. uçub gəlir. Burada turac, soltan toyuğu, qızılqaz, bəzgək, çay ördəkləri, qaşqaldaqlar, qu quşları və s. məskunlaşmışdır.

Ərazidə məskunlaşmış quş növlərindən 20-yə qədərinin adı (qıvrımlələk qutan, çəhrayı qutan, qara leylək, mərmər cürə, dəniz qartalı, məzar qartalı, berkut, turac, dovdaq, bəzgək, sultan toyuğu, ərsindimdik, qızılqaz, qırmızıdöş qaz, fısıldayan qu, kiçik qu, çöçükburun cüllüt, ağquyruq çökükburun, çöl haçaquyruq cüllütü) Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına daxil edilmişdir. 

Qızılağac Dövlət Təbiət Qoruğunda suda-quruda yaşayanlardan müxtəlif növ qurbağalar yaşayır. Sürunənlərdən Xəzər və bataqlıq tısbağaları, zolaqlı kərtənkələ, biçimli ilanbaş, adi və su koramalı, gürzə və s. təsadüf edilir.

Burada məməlilərin də bir çox növlərinə təsadüf edilir. Ərazidə canavar, tülkü, çaqqal, çöl donuzu, qunduz, qamış pişiyi, porsuq, Qafqaz gəlinciyi, uzunquyruq ağdiş, Zaqafqaziya kirpisi, Zaqafqaziya dovşanı və s. növlər yayılmışdır. Boyük Qızılağac körfəzində Xəzər suitisi məskunlaşmışdır.

Qoruğun təbiətinin rəngarəngliyi, bitki və əsasən də heyvanat aləminin zənginliyinin əraziyə çox sayda yerli və xarici turistlərin cəlb edəcəyini nəzərə alaraq, gələcəkdə Qızılağac Dövlət Təbiət Qoruğunun, Qızılağac Dövlət Təbiət Yasaqlığının və ona bitişik ərazilərin sahəsinin genişləndirilməsi hesabına, 100 000 hektar ərazidə Azərbaycanda yeganə dənizkənarı milli parkın yaradılması nəzərdə tutulmuşdur.


Qızılağac kəndində çox qədim dövrə aid olan "Həzi təpəsi’’ (kurqanı), Şeyx Fətulla Axund məqbərəsi, 

Sultan Pir ziyarətgahı indi də keçmişdən xəbər verməkdədir.  Arxeololoqların fikrinə görə kurqanlar yeni Daş dövrü və Mis Daş dövrünə aid tarixi abidələrdir.

Hamam - 180 ildən yuxarıdır ki, tikilib bu kənddə...

1896-cı il fevralın 17-də ilk məktəb açılıb.


Kitab müəllifi Molla Hacı Nüsrət Qızılağaclı ( Nəsrullayev Nüsrət Nəsrulla oğlu) - 1947-ci il iyun ayının 14-də Masallı rayonunun Qızılağac kəndində anadan olub. 1953-cü ildə ibtidai məktəbin 1-ci sinifinə qəbul olunmuşdur. 1963-64 tədris ilində orta məktəbin XI sinifini bitirmişdir. 1965-ci ildə Ç. İldırım adına AZP-in nəzdində Bakı Politexnik Texnikomunun Avtonəqliyyat fakültəsinə qəbul olunmuşdur. 1968-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. İki il Bakı Şəhəri "Dəniz neft birliyinin avtonəqliyyat müəssisəsində məsul vəzifələrində işləmişdir. 1969-71-ci illərdə hərbi xidmədə olmuşdur. 1971-ci ildə Qızılağac kəndində Kalinin adına sovxozda təhlükəsizlik texnikası üzrə mühəndis işləmişdir.

1973-cü ildən Masallı rayon Oktyabr (Xıl kəndi) sovxozunda baş mühəndis işləmişdir. 1979-cu ildə Ç. İldırım adına Az.Rİ-in "Avtonəqliyyatın istismarı" faküləsinə daxil olmuşdur. 1985-ci ildən 1995-ci ilədək 2722 saylı Masallı Avtobazarında işləmişdir. 2006-2007-ci illərdə Həcc ziyarətində olmuşdur. Üç cildlik "İslam çələngi" adlı kitab üzərində işləyir. Hal-hazırda Qızılağac kənd məscidinin axundudur. Ərəb, fars, rus dillərini bilir.

"Qızılağac və qızılağaclılar"da, "Alimlər" (241-273 - cü səhifələr) bölümündə elmlər doktorları, elmlər namizədləri barədə də tanışlıq var:


Musa Mirməmməd oğlu Abdullayev- tibb elmləri doktoru, rpofessor, kafedra müdiri,elmi katib

Cəbrayıl Ələkbər oğlu Ələkbərov- tibb elmləri doktoru, rpofessor.

Respublikası Kliniki xəstəxanada travmotoloq.


Fərman Musa oğlu Abdullayev- tibb elmləri doktoru, rpofessor,Nyu - York Elmlər Akademiyasının üzvü


Namiq Abdulhəsən oğlu Abbasov- tibb elmləri doktoru, rpofessor


FƏRMAN MUSA OĞLU ABDULLAYEV-10 fevral 1963-cü ildə Bakı şəhərində anadan olmuşdur.

1985-ci ildə N. Nərimanov adına Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsini bitirdikdən sonra "ftiziatriya" ixtisası üzrə bir illik internatura keçmək üçün Səhiyyə Nazirliyinin elmi-tədqiqat

vərəm institutuna göndərilmişdir.

1986-cı ildə interturanı bitirdikdən sonra səhiyyə nazirliyinin göstərişi əsasında 3№ -li pisixatriya xəstəxanasına həkim-ardinator vəzifəsinə təyin olunmuşdur.

1986-cı ildən elmi elmim fəaliyyət ilə məşğul olmağa başlamışdır. 1987-ci ildə Elmi-Tədqiqat Ftiziatriya

pulmonologiya institutunda "Alkololizmlə xəstə olan ağ ciyar vərəm xəstələrinin kompleks müalicəsində immunostimulyatorların istifadəsi" mövzulu elmi-tədqiqat icraçısı təyin olunmuş və bu iş SSRİ Səhiyyə Nazirliyinin Mərkəzi Elmi-Tədqiqat Vərəm İnstitutunda 1990-cı ildə müvvəfəqiyyətlə müdafiə olunduq dan sonra F.M. Abdullayevə tibb elmləri namizədi elmi dərəcəsi verilmişdir.

1993-cü ildən elə orada "Qlükoza - 6" fosfatdehidrogeneneza fermetitin irsi çatışmamazlığı olan xəstələrdə ağ ciyərlərin vərəmi" mövzulu dissertasiya işi müvvəfəqiyyətlə müdafiə olunmuş, tibb elmləri doktoru elmi dərərcəsi almışdır. F.M.Abdullayev ftiziatriya və pulmonologiya üzrə dəfələrlə tematik təkmilləşdirmə kursları keçmiş ali kateqoriyalı həkim - ftiziatrdır. 1994-cü ildə o N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Fiztiopulmonologiya kafedrasının müdiri vəzifəsinə seçilmiş, 1995-ci ildə Azərbaycan Respubilka Səhiyyə Nazirliyinin Kollegiyasının qərarı ilə, Azərbaycan Respubilka Nazirliyinin Elmi-Tədqiqat Ağ Ciyər Xəstələri İnstitutunun (sonradan adı Ağ Ciyər Xəstəlikləri Elmi-Tədqiqat İnstitutu olmuşdur) direktoru vəzifəsinə təyin olunmuşdur. Eyni zamanda N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin fitiziapulmonologiya kafedrasının müdiri vəzifəsini ictimai əsaslarla 2001-ci ilə qədər icra etmişdir. 1994-cü ildə F.M.Abdullayev Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayədəliyinin rəhbəri vəzifəsinə seçilmiş, respubilkanın səhiyyə sahəsində olan bütün elmi-siyasi işlər üzrə tam həcmli iş aparır. 1995-ci ildən F.M. Abdullayev xarici ekspertlərin qiymətinə görə şərqi Avropa dövlətlərindən ən yaxşılarından biri olan Ümumdünya Səhiyyə üzrə milli proqramının koordinatoru təyin edilmişdir.

1995-ci ildə Səhiyyə Nazirliyi Kollegiyasının qərarı ilə F.Abdullayevə professor adı verilmişdir.

Abdullayev 16 sentyabr 2002-ci il tarixində Avropada poliemielitin tam ləğvi sahəsində etdiyi tövsiyəyə görə Ümumdünya Səhiyyə Təşkilatının Minnətdarlıq şəhadnaməsi ilə təltif olunmuşdur.

F.M. Abdullayev təxminən 190 nəşr olunmuş elmi məqalənin müəllifidir. O, 23 səmərələşdirici təklif hazırlamış və tətbiq etmişdir.

F.M.Abdullayevin rəhbərliyi altında Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun bazasında Vərəm İnfeksiyasının patogenezində irsi amillərin roluna həsr olunmuş, fundamental tədqiqatlar aparılır. Onun rəhbərliyi altında 17 tibb elmləri namizədi işi müdafiə olunmuşdur, bir tibb elmləri doktoru elmi işi başa çatmışdır. F.M. Abdullayev dəfələrlə respubilkanı İran, ABŞ, İsrail, Yaponiya, Fillandiya, İsverç Danimarka və bir sıra başqa ölkələrdə keçirilən müxtəlif beynəlxalq konqrerss və simpoziumlarda təmsil etmiş Beynəlxalq Hematoloqlar Cəmiyyətinin Avropa Respirator Cəmiyyətinin, Nyu-York Elmlər Akademiyasının üzvüdür.


OKTAY MUSA OĞLU ABDULLAYEV keçmiş SSRİ-də Azadlıq uğrunda mübarizə aparn ilk qaranquşlardan biri olan qızılağaclı Musa Abdullayevin oğludur.

Oktay Musa oğlu Abdullayev 1958-ci ilin mart ayının 27-də Bakı şəhərində, görkəmli tibb xadimi, qızılağaclı Musa Abdullayevin ailəsində dünyaya göz açıb. Oktay Bakı şəhərindəki 45 nömrəli orta məktəbdə oxumuş, oranı müvəffəqiyyətlə bitirərək 1974-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. Öz biliyi və savadı ilə pedaqoji kollektivin və rəhbərliyin diqqətini cəlb etmişdir. Məhz onun bu mövqeyinə yüksək qiymət verilmiş, onu institutunda işləmək üçün saxlamışlar. Oktay üç il Qanköçürmə İnstitutunun Klinik və Donor şöbəsində işlədikdən sonra, 1984-cü ildə keçmiş SSRİ-nin Mərkəzi Hemotologiya və Qanköçürmə İnstitutunun aspiranturasına daxil olub.

O, 1987-ci ildə dissertasiya müdafiə edərək, yenidən Qanköçürmə İnstitutunun klinik şöbəsinə qayıdaraq fəaliyyətə başlayır. Düşmən ermənilər torpağımıza hücum edəndə Oktay da könüllü olaraq cəbhəyə yollanıb. Neçə-neçə yaralı əsgərin xidmətində dayanıb.

Həmin dövrdə mətbuat səhifələrində müntəzəm olaraq "Hərbi zonada səhiyyənin təşkili", "Azərbaycan ordusunun hərbi doktoinası" mövzusunda silsilə məqalələrlə çıxış edib.

1993-cü ildə Səhiyyə Nazirliyinin göstərişi ilə Ankaranın nümunə Xəstəxanası və Hacıtəpə Universitetində, İsrailin Texnion Universitetində ixtisası üzrə təkmilləşdirmə kursları keçib "Hemotologiya xəstəliyi və NLA" mövzusunda doktorluq disertasiyası müdafiə edib. QİÇS xəstəliyi əleyhinə hazırlanmış proqramın müəlliflərindən biridir. Azərbaycanca-ingiliscə tibbi terminlər lüğətinin müəllifidir.

1995-ci ildən etibarən "Tibb" jurnalında çalışır. jurnalın məsul redaktorudur.

Oktay Abdullayev 1999-2001-ci illərdə Avstriyanın Zalsburq şəhərində keçirilən Hemotologiya üzrə seminarda Azərbaycanı təmsil edib. 

Ümumdünya Hemotoloqlar Cəmiyyətinin üzvüdür.


Məşhədi Yusif Hacı oğlu Əliyev-

tibb elmləri namizədi,dosent


Yunis Məşhədi Yusif oğlu Əliyev-

tibb elmləri namizədi. Hal-hazırda N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin Travmotologiya - ortopediya və Hərbi cərrahiyyə kafedrasında dosent vəzifəsində çalışır. 2000-ci ildə Azərbaycan Respublikasının "Əməkdar həkimi’’ fəxri adına layiq görülüb.


Üzeyir Ağaverdi oğlu Məmmədov-

tibb elmləri namizədi, dosent, "Əməkdar Həkim"


Oktay Musa oğlu Abdullayev-

tibb elmləri namizədi, Ümumdünya Hemotoloqlar Cəmiyyətinin üzvü


Əlizaman Müseyyib oğlu Həsənov-

bioloğiya elmləri namizədi.

Hal - hazırda o , " Bakı Su Kəməri İstehsalat İ" darəsinind ə baş texnoloqu vəzifəsində çalışır . 


Fərman Alı oğlu Ağabalayev-

kənd təsərrüfatı elmləri namizədi


Elmidar Bəbir oğlu Ələkbərov-

Hal-hazırda o Azərbaycan Kooperasiya Universitetində elmi-pedaqoji fəaliyyətini davam etdirir.


Zəki Mirzəxan oğlu Abbasov-

bioloğiya elmkəri namizədi


Rəcəb Əhməd oğlu Əliyev-

tarix elmləri namizədi.


Masallıda, eləcə də respublikamızda ELƏCƏ DƏ RESPUBLİKAMIZDA, ÖZ DÖVRÜNDƏ AĞAVERDİ AĞAƏLİ OĞLU MƏMMƏDOVU VƏ "KOR XƏLİL" LƏQƏBLI XƏLİL MUSEYİB OĞLU ABDULLAYEVİ TANIMAYAN OLMAMIŞDIR.


AĞAVERDİ AĞAƏLİ OĞLU MƏMMƏDOV 1906-cı ildə Masallı rayonunun Qızılağac kəndində anadan olmuşdur.

A.Məmmədov 1926-cı ildə Bakı şəhərində ikilllik müəllimlər İnstitutunu bitirdikdən sonra Qutqaşen, sonra Yardımlı rayonlarında tarix və coğrafiya müəllimi işləmişdir. 1928-1930-cu illər arasında isə Cəlilaabad rayonunda müəllim işləmişdir. 1930-1932-ci illərdə isə Masallı rayonunun Dadva və Digah məktəblərində çalışmışdır. Ağaverdi Məmmədov 1932-ci ildən ömrünün sonuna kimi - 1984-cü ilə kimi Qızılağac orta məktəbində işləmişdir.

O, ömrünün 60 ilə yaxın bir dövrünü xalq maarifinə və təhsilə həsr etmişdir. O, 1932-1937-ci illərdə Qızılağac kəndində ilk 7-illik məktəbin açılmasında xüsusi rol oynamış, 1938-ci ildə kəndinə ilk orta ümumtəhsil məktəbinin əsasını qoyanlardan biri olmuş və 1941-ci ildə orta məktəbin ilk buraxılışının rəhbəri olmuşdur.

Ağaverdi Məmmədov həmişə xeyirxah əməl sahibi kimi xalq arasında və bütün rayonda çox böyük hörmət və ad-san qazanmışdır. Elə bu hörmətə görə də ona xalq arasında "Mirzə " ləqəbi verilmiş və hər yerdə "Mirzə Ağaverdi" deyə çağırılmışdır. 1938-1945-ci illərdə Qızılağac orta məktəbinin direktoru vəzifəsində işləmişdir. O, bir müəllim kimi rayon və Qızılağac kəndinin maariflənməsi üçün çox iş görmüşdür. Onun müəllim ömrünü bənzərsiz ömür adlandırmaq olar. Belə şəxsiyyətlərin həyatı gələcək nəsillər üçün böyük bir nümunədir.

Böyük dindar və Allah adamı olan Ağaverdi Məmmədov həmişə yoxsullara və kimsəsizlərə əl tutmuşdur. Böyük yaddaşa və möcüzəli hafizəyə malik olan A.Məmmədov Qızılağacın tarixini çox gözəl bilirdi. Bildiklərini gələcək nəsillərə çatdırmağa böyük səy göstərirdi. Belə xeyirxah insanlar və böyük şəxsiyyətlər heç vaxt unudulmur və xalqın yaddaşında əbədi yaşayırlar.

Ağaverdi Məmmədov 1984-cü ilin aprel ayının 6-da dünyasını dəyişmiş və haqq dərgahına qovuşmuşdur. Allah rəhmət eləsin!


"KOR XƏLİL" LƏQƏBLI XƏLİL MUSEYİB OĞLU ABDULLAYEV İSƏ 1919-cu ilin iyun ayının 20-də Masallı rayonunun Qızılağac kəndində anadan olmuşdur. Uşaq ikən musiqiyə böyük maraq göstərmiş, dövrün mahir musiqiçi Mir İslam Rəfievdən təlim almışdır. Mir İslamdan muğam musiqisinin incəliklərinə bələd olmaq üçün Xəlil çox yollar öyrənmişdir. Muğamın ifası üçün ona ilahinin bəxş etdiyi məlahətli səs də böyük kömək etmişdi.

Məşhədi Mirzə Xəlil doqquz yaşında gözləri çiçək xəstəliyindən tutulmuş və o, ömürlük dünya işığına həsrət qalmışdır.

1928-ci ildən sovet qurluşunun amansız mübarizəsinə Kərbəlayi Abdulla da hədəf oldu. 

Xəlilin atası Molla Müseyib öz atasının tutulduqda Qızılağacdan çıxıb Bakı şəhərinə birdəfəlik məskən salmışdır.

Molla Museyib "Təzə Pir" məscidində işləmişdir.

Məşhədi Mirzə Xəlil də on iki yaşında Bakıdakı korlar üçün məktəbə daxil olur. Məktəbi əla qiymətlərlə bitirən Xəlil müəllimlərin təkidi ilə musiqi məktəbinə göndərilir. Musiqi məktəbinin tar bölməsində oxuyan Xəlil məktəbi əlaçı məzunu olaraq Qzax rayonundakı korlar üçün musiqi məktəbinə müəllim təyin edilir. Məşhədi Mirzə Xəlil dörd il Qazaxda müəllimlik etdikdən sonra Masallı rayonuna qayıdır. Bu vaxt musiqi müəllimlərinə ehtiyac olduğuna görə o, mədəniyyət evində müəllim işləyir. Xəlil müğənni olsa da bir gen də olsun oruc və namzından kənarlaşmamışdır.

1963-cü ildən Xəlil musiqidən vidalaşıb, Ömürünün sonuna kimi qəsidə, mərsiyə, rövzə deməyə başladı.

Məşhədi Mirzə Xəlil Masallı və Bakı şəhərləri ilə yanaşı onu Qazaxıstan, Orta Asiya ölkələrinə və tez-tez Krasnovodska şəhərinə məclislərə aparırdılar.

Məşhədi Mirzə Xəlil təbiətcə həssas, və haqq, ədalət düzgünlüyü sevən insan idi. O, iti hafizəsi və iti zehni ilə "Qurani Kərim" in surələrini əzbərdən oxuyur və çoxlu hədis, mərsiyə, qəsidə, atalar sözü və zərb məsəlləri bilirdi.

1941-ci ildə ailə həyatı quran Məşhədi Mirzə Xəlilin beş qız, üç oğlan övladları olmuşdur. Onlara uşaq yaşlarından namaz qılmağı və oruc tutmağı öyrətmişdir.

Onun Nizami, Füzuli, Nəsimi Raci və Hafiz Şirazi, Sədi irsindən əzbər dedikləri onun dərin hafizə qabiliyyətindən və geniş savadından xəbər verirdi.

Məşhədi Mirzə Xəlil 1992-ci ildə mart ayının 28-də Masallıda Yuxarı Baş məhəlləsində yaşadığı evdə vəfat etmişdir. Qəbri Masallı şəhərindəki qəbristanlıqdadır.

Məşhədi Mirzə Xəlilin özünə məxsus söylədiyi Dəmir qəsidə onun məharətinin, ifa tərzinin bariz nümunəsidir.


"Mütəxəsisslər"də (cəhifə 277 - 290) 7 nəfərin adı gğstərilir: 


Adil Teymur oğlu Əsgərov.

Əliabbas Lətif oğlu Axundov.

Əhməd Mir Saleh oğlu Abdullayev.

Məsumə Yaqub qızı.

Sevda Malik qızı Axundova.

Mirtağı Mirəli oğlu Abdullayev.

Fərhad Əbülhəsən oğlu Əbilov.


"RƏHBƏR İŞÇİLƏR" siyahısında Əli Əhməd oğlu Əsgərov,

Yusif Məmmədhəsən oğlu Abdullayev,

İbrahim Məmməd oğlu Səlimov,

Abı Hüseyn oğlu Rəsulov,

Abış Dadaş oğlu Abbasov,

Şakir Zəkəriyyə oğlu Abışov və 

İltifat Ağaverdi oğlu Məmmədov qeyd olunur.

QEYD EDƏK Kİ, İBRAHİM MƏMMƏD OĞLU SƏLİMOV cəmi 68 il yaşasa da adı-sanı, respubilkanın bir çox bölgələrində hörmət və ehtiramla çəkilən, zəmanəsinin ən yüksək vəzifə postlarına və dövlət mükafatına layiq görülən mərd, mübariz, qurucu bir insan olmuşdur.

İbrahim Səlimov 1911-ci ildə Masallı rayonunun Qızıağac kəndində anadan olub. Kənd məktəbini bitirdikdən sonra kənd sovetinin katibi vəzifəsinə irəli çıkilib. Yüksək iş qabiliyyəti və səriştəsi nəzərə alınaraq o, az Masallı rayon milis şöbəsinə pasportist vəzifəsinə irəli çəkilir. Bununla da İ.Səlimov vəzifə pilləsi ilə yüksəlişə qədəm qoyur. Az sonra həmin şöbədə pasport masa rəisi vəzifəsinə keçirilir.

Daha çox operativ işçi kimi diqqəti cəlb edən İ. Səlimov diqqətdən yayınmır. Respubilkanın bir neçə rayonlarında təhlükəsizlik orqanlarında rəhbər işlərdə çalışır. 1939-cu ildə Ümumittifaq qiyabi Hüquq İnstitutuna daxil olur. Böyük Vətən Müharibəsi başlanır. O təhsili yarımçıq qoyur. Xalq daxili işlər komissarlığında onu qaynar nöqtəyə Cəlilabad rayon şöbəsinə rəis göndərirlər. İ.Səlimov burada həyatını dəfələrlə təhlükə qarşısında qoyur. İran ərazisində məskən salmış qaçaqçılara qarşı barışmaz müharibə aparır.

Həyatına risk etmək İbrahim Səlimov üçün adi bir şey idi.

İki ildən sonra isə Qazı Məmməd rayon İcra komitəsinin birinci katibi vəzifəsinə irəli çəkilir.

Azərbaycan respubilkasının Ali sovetinə deputat seçilir. Qazı Məmməddə böyük quruculuq işləri aparır. 1952-ci ildə Ali təhsil almaq üçün Ali partiya məktəbinə göndərilir. Ali partiya məktəbinin partiya komitəsinin katibi seçilir.

Partiya məktəbini bitirdikdən sonra 1956-cı ildə könüllü olaraq Qızılağac kəndinə kolxoz sədri vəzifəsinə göndərilir. İki il kolxoz sədri işlədikdən sonra 1958-ci ildə Masallı rayon İcraiyyə Komitəsinin sədri vəzifəsinə irəli çəkilir. İ.Səlimovun nüfuzu rayonda sürətlə artır. O rayonda baş verən ziyanlı hallara qarşı çıxır, dövlət əmlakını mənimsəyənlərə havadarlıq edən məmurlarla üzbəüz qalır. Nöqsanlara qarşı açıq mübarizə edən bu insan tezliklə siyasi ittihama məruz qalır. Masallı rayon İcrayyə Komitəsi vəzifəsindən uzaqlaşdırılır. Yenidənkolxoz sədri təyin edilir. Siyasi suçlar və təqiblər səngimir. Kolxoza rayonun yoxlama komissiyası göndərilir. Yoxlamalar, çıək-çevirlər başlayır. Qorxu və xof yaradmaq məqsədi daşıyan bu yoxlamalar mübariz insan olan İ.Səlimovun iradəsini qıra bilmir.

O, yuxarı partiya və dövlət orqanlarına müraciət edir... Uzun mübarizələrdən sonra ona qarşı təqiblərə son qoyulur...

İ. Səlimov bütün həyatını doğma kəndinin inkişafına həsr etmişdir. Rayonun ən geridə qalan kolxozunu tezliklə qabaqcıl kolxozlar cərgəsinə qaldırmış, beləliklə, 20 il kolxoz sədri və soxvoz direktoru işləmişdir. 1979 - cu ildə dekabrın 6-da vəfat etrmişdir.


QIZILAĞACLI "HÜQUQŞÜNASLAR"DA İSƏ (səhifə 309 - 321)


Mahmud Məhəmməd oğlu Həşimov,

Baba Məşədi Əliheydər oğlu Fətullayev,

Sabir Heydər oğlu Cəfərov,

Qulu Məhəmməd oğlu Nəsrullayev,

Xanlar Cəfər oğlu Ələkbərov,

Əsəd Ağabala oğlu Fətullayev,

Fəxrəddin Mirzəağa oğlu Əbilov,

İltiham İsmayıl oğlu Əlizadə və

Feyzulla Ələsgər oğlu Ələkbərovun adları sadalanır.


QIZILAĞACLI YAZIÇILAR İSƏ BUNLARDIR (səhifə 334 - 353):


Məhəmmədhəsən Nəccar,

Səməd Qərib,

Hacı Məhəmməd Nəsir Qulamhüseyn oğlu,


Qulu Vəci oğlu Məmmədov,


Beytulla Əliyev,

Şahin Musaoğlu ( Şahin Musa oğlu Əbilov),

Mikayıl Təbibi,

Rais Aydınoğlu,

Abdulqəfər Cabbarov,

Aydın Əbiloğlu,

Elşən Nərimanov,

Rais Nərimanov,

Arzuman Əliyev,

Tahir Cabbarov,

Balabəyim Salayev,


Məşhədi Allahverdi Hüseyn oğlu Zeynalov və başqaları.


Tanınmış şair Qulu Vəci oğlu ( Qulu Vəci oğlu Məmmədov ) 1947-ci ildə Masallı rayonunun Qızılağac kəndində anadan olmuşdur. 1956-1965-ci illərdə orta məktəbdə oxumuşdur. 1965-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş və 1970-ci ildə İnstitutu bitirərək mühəndis ixtisası almışdır. Ordu sıralarında hərbi xidmətdə olmuşdur.1970-1973-cü illərdə sovxozda mühəndis kimi fəaliyyətə başlamışdır. 1973-cü ildən isə Masallı rayon kənd təsərrüfatı və rayon aqrar sanaye birliyində baş mühəndis vəzifəsində çalışmışdır.1999-2004-cü illərdə ilk Qızılağac Bələdiyyəsində sədr müavini işləmişdir. Dövri mətbuatda bir sıra şeirləri çap edilmişdir. İlk şeiri tələbəlik illərində İnstitutun "Kadr uğrunda" qazetində dərc olunmuşdur.

Q.Vəcioğlu "Ürəyimin ağrıları", "Yolum" və "Şanlı ömürdən notlar" şeir kitablarəının müəllifidir.

Abdullayeva Safura Seyfulla qızı və Sadıqova Fatma Əbdülqədir qızı k ecmiş SSRİ Ali Sovetinin deputatları, Havasət Qəribov. Firdövsi Ramazan oğlu Tağıyev,Tahir Ramazan oğlu Tağıyev,Rauf Quliyev,Oktay Qəribov, Soltanağa Həsənov isə kənddə doğulan məçhur idmançılardır.

Firdovsi Ramazan oğlu Tağıyev - 


1946- cı ildə Qızılağac kəndində dünyaya gəlib . 

1964- cü ildə yeniyetmələr arasında , 1965- ci ildə gə nclər arasında Respublika birinciliyinin qalibi olub .

1966- cı ildə yaşlılar arasında Avropa çempionu adını qazanıb .

1979- cu ildən Bədən tərbiyəsi institutuna dəvət olunub . Hal - hazırda " Güləş" kafedrasının dosentidir .

1992- ci ildə " Azərbaycan Respublikasının əməkdar məşqçisi ’’ fəxri adı verilib .

1993- cü ildən beynəlxalq dərəcəli Hakim , elə həmin ildən də beynəlxalq dərəcəli idman ustası kimi tanınan F . Tağıyev Respublikada dzyu - do üzrə məşqlərə rəhbərlik edir .

Tahir Ramazan oğlu Tağıyev -

1950- ci ildə Masallı rayonun Qızılağac kəndində anadan olmuşdur .

1971- ci i ldə Sambo üzrə Bakı şəhər çempionu .

1973- cü i ldə Dzyudo üzrə Bakı şəhər çempionu .

1974- cü ildə Sambo üzrə Azərbaycan Respublikası çempionu .

1978- ci i ldə Dzyudo üzrə SSRİ çempionatında 2 yer .

1977- ci ildə Dzyudo üzrə Azərbaycan Respublikası çempionu .

1975- ci ildə SSRİ Birinciliyində 3- cü yer .

1977- ci ildə Ümumittifaq yarışında 1- ci yer Rusiya şəhərində

1974- cü ildə Sambo üzrə SSRİ İdman ustası .

1975- ci ildə Dzyudo üzrə SSRİ idman ustalığına layiq görülmüşdür .



Kitab müəllifi Molla Hacı Nüsrət Qızılağaclı ( Nəsrullayev Nüsrət Nəsrulla oğlu) "Qızılağac və qızılağaclılar" kitabinin "HƏRBİÇİLƏR" BÖLÜMÜNDƏ QARABAĞ MÜHARİBƏSİNİN qəhrəmanları Subhan Malik oğlu Xəlilov, Əhliman Muğdat oğlu Cabbarov, Azad Şikar oğlu Xanmuradov, Şahin Vəli oğlu Abasov və Laçın Sabir oğlu Qurbanov və 2-ci Dünya müharibəsində iştirak edənlər haqqında da geniş söhbət açir. 


Qızılağacdan 2-ci Dünya müharibəsində iştirak edənlərin sayı - 300 nəfərdir.

Həlak olanların sayı - 220 nəfər, sağ qalanların sayı 80 nəfərdir.

"Qızılağac və qızılağaclılar" Molla Hacı Nüsrət Qızılağaclının bu kənd haqqında sayca 2-ci kitabıdır.Qed edək ki, bu kitablar dəfələrlə Bakının "Adiloğlu" nəşriyyatında təkrar, hər dəfə 500 ədəd tirajla nəşr edilmişdir.




ƏLİHÜSEYN ŞÜKÜROV