Gəncədə “Xocalıya ədalət” adlı fotosərgi keçirilib

25 Fevral 2014 17:24 (UTC+04:00)

Azərbaycan Fotoqraflar Birliyinin (AFB) təşkilatçılığı ilə Gəncədə Xocalı Soyqırımının 22-ci il dönümünə həsr olunmuş "Xocalıya ədalət" adı altında fotosərgi keçirilib. AFB-nin sədri Mirnaib Həsənoğlunun movqe.az-a verdiyi məlumata görə, fotosərgi AFB-nin Gəncə bürosunun üzvləri Səməd Sultan və Elçin Musayevin birgə layihəsidir: "Sərgilənən fotolar fotoqrafların o dövrlərin foto və video materiallarının əsasında yenidən quruluş verilmiş formasıdır. Fotolarda o dövrün hadisələrinin belə bir formada təqdim etməkdə məqsəd böyük haqsızlıqlardan biri olan Xocalı soyqırımına olan ədalətsizliyə etiraz formasıdır. Layihənin davamı olaraq bu sərgi səyyar olacaq və müəyyən vaxtlarda Gəncə şəhərinin başqa yerlərində sərgilənməsi nəzərdə tutulub".