Pakistan yenidən qan içində - 27 ölü

25 Fevral 2014 17:27 (UTC+04:00)

Movqe.az-ın Türkiyə istinadən verdiyi xəbərə görə, Pakistanın döyüş təyyarələri Vəziristan bölgəsində hava əməliyyatı yerinə yetirib. Əməliyyat zamanı azı 27 adamın öldüyü bildirilir. Əməliyyatın keçirildiyi ərazidə Taliban əsgərlərinin partlayıcı maddələr hazırlamaq üçün məşqlər keçdiyi qeyd olunub. Taliban və Pakistan arasındakı sülh müzakirələrinin iflasa uğramasının ardından adı çəkilən Vəziristan bölgəsində ordunun aktivliyi artıb. Qeyd edək ki, sülh müzakirələrinin davam etdiyi həftələrdə Taliban tərəfindən qanlı hücumların reallaşması və 2010-cu ildə qaçırılan 23 Pakistan əsgərinin edam edilməsinin ardından vəziyyət daha da gərginləşmişdi. Baş qərargah rəisi Rahil Şərif ilə görüşən baş nazir Navaz Şərif hücumlara sərt bir şəkildə cavab veriləcəyini bildirmişdi.