Kliçko prezident olmaq istəyir

25 Fevral 2014 17:38 (UTC+04:00)

UDAR partiyasının lideri Vitali Kliçko Ukraynada mayın 25-də keçiriləcək prezident seçkilərində iştirak etmək istəyini təsdiqləyib. Movqe.az-ın məlumatına görə, Kliçko deyib: "Mən prezidentliyə namizədliyimi verəcəm. Mən əminəm ki, ölkədə hakimiyyətin iş prinsiplərini dəyişmək lazımdır və biz ədalətə nail olmalıyıq". Ali Rada fevralın 22-də Viktor Yanukoviçin Ukrayna prezidenti vəzifəsindən uzaqlaşdırılması barədə qərar qəbul edib və mayın 25-ə prezident seçkiləri təyin edib.