Alla Puqaçova ona ünvanlanan suallara " Twitter" də cavab verdi

11 İyun 2012 17:51 (UTC+04:00)
Mövqe.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, səhnənin Madonnası Alla Puqaçova "Twitter" səhifəsində fanatları tərəfindən ünvanlanan suala cavab verib.


1."Faktor A" teleproyektinin 3-cü sezonu olacaq? sualına Alla belə cavab verib: " İkinci sezon hələ təzə bitib siz artıq 3-cü sezonu gözləyirsiniz.Baxarıq olsa, niyə də olmasın..... ".


2.Siz bu ilki Yurmaladakı " Yeni Dalğa " festivalında münsif kimi iştirak edəcəksiniz? Alla Puqaçova: " Mən artıq "Yeni Dalğa" musiqi yarışmasında iştirak etmək istəmirəm.Vaxtı ikən mən bu musiqi müsabiqsinin yenidən yaradılmasında öz təşəbbüsümü göstərmişəm və məncə, bu kifayətdir. Mən artıq öz missiyamı yerinə yetirmişəm ".