“Terrorçuluğun qarşısının alınması haqqında” qanun təsdiq edildi

25 Fevral 2014 23:29 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurasının "Terrorçuluğun qarşısının alınması haqqında" Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib. Movqe.az-ın məlumatına görə, Avropa Şurasının "Terrorçuluğun qarşısının alınması haqqında" 2005-ci il mayın 16-da Varşava şəhərində imzalanmış Konvensiyası Azərbaycan Respublikasının ona dair bəyanatı ilə təsdiq edilir.