Yanukoviç və Pşonka rəsmi şəkildə axtarışa verildi

25 Fevral 2014 23:37 (UTC+04:00)
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç qəsdən adam öldürmə maddəsi ilə rəsmi şəkildə axtarışa verilib. Movqe.az xəbər verir ki, Kiyevin Peçersk rayon məhkəməsi V.Yanukoviçin həbs edilməsi ilə bağlı qərar qəbul edib. Bu barədə ölkənin baş prokuroru vəzifəsini icra edən Oleq Maxnitski açıqlama verib. "Yanukoviç şübhəli şəxs kimi saxlanacaq, çünki o, rəsmi şəkildə axtarışa verilib. Viktor Yanukoviç kütləvi şəkildə insanları oldürməkdə təqsirləndirilir", - açıqlamada belə deyilir.  Peçersk rayon məhkəməsi həm də ölkənin eks baş prokuroru Viktor Pşonkanı da axtarışa verib. Oleq Maxnitskinin sözlərinə görə, Pşonka 50 nəfəri öldürməkdə ittiham edilir.  Bu arada Ukraynada yenidən formalaşdırılacaq Nazirlər Kabinetinin rəhbəri və nazir vəzifələrinə namizədliyi ehtimal olunan 8 nəfərin adı açıqlanıb. "Batkivşina" deputat fraksiyasının lideri Arseni Yatsenyukun baş nazir olacağı deyilir. Boris Tarasyuk xarici işlər naziri, Oksana Proda sənaye siyasəti naziri, Artur Palataçnıyın gənclər və idman naziri, Aleksandr Kujelin gəlirlər və vergilər naziri, Olesya Orobetsin iqtisadi inkişaf və ticarət naziri, İrina Sexin təbii ehtiyatlar naziri, Andrey Parubiyin müdafiə naziri, Arsen Avakov daxili işlər naziri vəzifəsinə təyin ediləcək. Son məlumata görə, Ukraynada prezident səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Turçinov 46 prezident məsləhətçisindən 44-nü işindən azad edib.